Victory Tour şirkətinin təqdimatı və tarixi
Victory Tour / DMC in Azerbaijan şirkəti 2005-ci ildə turizm sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yaradılmışdır.
Bu gün, “Victory Tour” korporativ və fərdi müştərilərə yüksək keyfiyyətli xidmət təklif edən Azərbaycanın ən aparıicı və peşəkar səyahət agentliklərindən biri hesab edilir. Şirkətin həm Azərbaycanda, həm də xaricdə aviaşirkətlər, səfirliklər, mehmanxanalar, sığorta şirkətləri kimi turizm biznesinə aidiyyatı olan sahələrdə partnyorlarla sıx əlaqələri vardır ki, bu da bizim sifarişçilərimizə xidmətlərin geniş çeşidini təklif etməyə imkan verir.
“Victory Tour”-un mərkəzi ofisi, beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun olaraq fəaliyyət göstərir və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA kod 613 2047) tərəfindən akkreditə olunmuşdur.
2011-ci ildə şirkət beynəlxalq menecment standartlarına uyğun olaraq sertifikatlaşdırılmışdır. Həmin il “Victory Tour” Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Milli Turizm Mükafatı mərasimində “Xarici turizm üzrə ən yaxşı turoperator” adını qazanmışdır. Victory Tour şirkəti 2019-cu ildə Azərbaycanda işgüzar turizmin inkişafında göstərdiyi xidmətlərə görə, Dövlət Turizm agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqres Bürosu tərəfindən Təşəkkürnamə Sertifikatına və biznes tədbirlərinin ən yaxşı təşkilatçısı kimi “1st Azerbaijan Tourism Awards" Mükafatına layiq görülmüşdü. 2020-ci ildə Victory Tour şirkətinin həmsahibi Vüsal Hacıyev turizm sahəsində göstərdiyi uzun müddətli töhfələrinə görə, Dövlət Turizm Agentliyi tərəfindən yüksək qiymət verilərək, Fəxri Fərmana layiq görülmüşdü. 2022-ci ildə isə Dövlət Turizm Agentliyi tərəfindən yaradılan Turizm İnformasiya və Monitorinq Sistemi Layihəsının nəticələri əsasında, “Victory Tour” şirkətinə - “A” kateqoriyası - ən yüksək keyfiyyət nişanı verilmişdir.
Victory Tour dünyanın ən böyük DMC şəbəkəsi və qlobal DMC Reps şəbəkəsi olan 1 DMC World-ün Azərbaycanı təmsil edərək eksklüziv DMC üzvü olmaqdan qürur duyur.
Həmçinin “Victory Tour” Turizm Agentlikləri Assosiasiyasının( ATAA) və Azərbaycan Konqreslər Bürosunun üzvüdür (AzCB).
Şirkət müştərilərinə səyahət xidmətlərinin tam çeşidini təklif edir:
✓ Aviabiletlərin sifarişi
✓ Otel sifarişi
✓ Transfer sifarişi
✓ Turların təşkili (ekskursiya, müalicə-sağlamlıq, bal ayı, qış turizmi, uşaqlar üçün yay düşərgələri, və s.)
✓ Xaricdə və ya Azərbaycanda qrup və fərdi turların təşkili
✓ Viza dəstəyi xidməti
✓ Korporativ tədbirlərin, konfransların təşkili
✓ Yük daşıinmaları
✓ Çarter reyslərinin təşkili
Şirkətin işçi personalı və şöbələri
Şirkətimizdə peşakar işçilər çalışır, bu öz növbəsində müştərilərə daha yüksək səviyyədə xidmət gostərmək imkanı yaradır. İşçi seçimi bir çox peşəkar və mənəvi meyarlar əsasında həyata keçirilir, bu isə vahid komandanın yaradılmasında mühüm rol oynayır.
İşçilərin yüksək peşəkarlığı müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə imkan yaradır. Şirkətdə beş şöbə fəaliyyət göstərir:
✓ İşgüzar və istirahət turizmi üzrə department
✓ Daxili turizm departamenti
✓ MİCE departamenti
✓ Biznesin inkişafı və marketinq departamenti
✓ Mühasibat
“Victory Tour” Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin aviabiletlərinin satışını təşkil edir. Şirkətin aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri beynəlxalq bronlaşdırma sistemi kurslarını (Amadeus, Qabriel, Qalileo) keçmiş mütəxəssislərdir.
Victory Tour Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin rəsmi agentidir. Victory Tour-un Azerbaijan Airlines, Lufthansa German Airlines, Austrian Airlines, Turkish Airlines, Özbəkistan Hava Yollari, Qatar Airways və digər yerli və xarici aviaşirkətlərlə birbaşa müqaviləsi var.
Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətin qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir. Şirkətdə yalnız daimi müştərilərə xidmət göstərilməsi üçün korporativ şöbə yaradılmışdır. Korporativ müştərilər üçün şirkət həm korporativ güzəştlər, həm də bonus proqramları təqdim edir (bura pulsuz bilet, otellərdə pulsuz qalma və diqər qüzəştli xidmətlər daxildir).
Turizm xidmətləri
Turizm şöbəsinin bütün agentləri dünya üzrə otellərin bronlaşdırılması, VIP xidmətlər, avtomobil icarəsi, idman və digər kütləvi tədbirlərə biletlərin təşkil edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərdir. Victory Tour otellərlə, turoperatorlarla birbaşa əlaqə qurur, bu da öz növbəsində müştəriyə maksimal dərəcədə turizm xidmətləri göstərməyə imkan verir. Victory Tour onlayn sistemlərdən istifadə edərək dünya üzrə 50 000-dən artıq otellərdə otaq bron etməyə qadirdir. Bu sistem müştərinin qiymət, «ulduzların sayı», komfort, göstərilən xidmət, yerləşdiyi yer və s. tələblərini nəzərə almaqla praktik olaraq dünyanın istənilən nöqtəsində mehmanxana seçməyə imkan verir. Daxili turizm şöbəsinin menecerləri müştərilərimizə Azərbaycan daxili müxtəlif növ turlar və çoxlu sayda otellərdə yerləşmə təklif edirlər.
Biznes turizm / MICE
Müasir biznes ilk növbədə yüksək rəqabətə qalib gələcək və şirkəti uğura apara biləcək güclu işçi komandasıdır. MICE – tərəfdaşlar və müştərilər, həmçinin şirkətin təqdimatı, onun dəyərləri, fəlsəfəsi, daxili və xarici müştərilər üçün imkanlarının inkişafı, motivasiya və təlimə yönəldilmiş fəaliyyətidir. Victory Tour biznes səyahət xidmətlərinin tam dövrəsini: aviabilet, qatar biletləri, viza dəstəyi, sığorta, transfer, otel rezervasiyası, Azərbaycanda və xaricdə korporativ tədbirləri həyata keçirir. Korporativ tədbirlərin təşkil olunması hər bir şirkətin fəaliyyətində mühüm rol oynayır. Biz hər hansı bir tədbirin təşkili üçün, bütün ilkin işləri öz boynumuza götürürük: iştirakçıların tərkibinin təhlili, coğrafi ərazi, hotel və proqram seçimi, bir sıra alternativ variantlar və onların arasından seçib ən yaxşısını təklif edirik.
Azərbaycanda Viza / Nəqliyyat Xidmətləri
Victory Tour müştərilərə aşağıdakı xidmətləri təklif edir:
– Azərbaycanda əcnəbilər üçün dəvətnamə məktublarının hazırlanması.
– Azərbaycan Respublikasına E-Visa (elektron viza)
– Əcnəbilərin Azərbaycanda Miqrasiya qeydiyyatından keçməsi.
– H.Əliyev adına hava limanı və digər ölkələrin hava limanlarında VİP-xidmətin göstərilməsi (110-a yaxın dünya hava limanlarının 150-ə yaxın VİP gözləmə otaqları). Victory Tour həmçinin Sizə və Sizin qonaqlarınıza qarşılama və yola salma xidmətlərini təqdim edir.
– Maşınların və avtobusların icarəsiı. Qrup və individual transferlər.
Şirkətin prinsip və məqsədləri
Victory Tour şirkətinin əsas missiyası - professional bilik və bacarıqlarımızdan istifadə edərək müştərilərimizə lazımıi xidmətləri təşkil etməkdir. Şirkətin qələcək 5 ilə qoyduğu məqsəd – davamlı inkişaf və Azərbaycanın ən yaxşı səyahət agentliklərindən biri statusunu qazanmaqdır.
Prinsiplər:
– düzgünlük və ədalət
– bizim güvvəmiz birliyimizdədir
– hər bir işdə profesionallıq
Məqsədlər:
– gündən-günə yaxşı olmaq
– müştərilərdən yalnız müsbət rəylər almaq
– şirkətin inkişafi və böyüməsinə nail olmaq
Bu prinsiplər əsasında, Victory Tour şirkəti, öz müştərilərinin hər birisi ilə əlaqələrini qurur. Victory Tour şirkəti ilə əməkdaşlıq etmək istəyən şirkətlər və müştərilər bizimlə əlaqə saxlaya bilər:
Marketinq şöbəsinin assistenti
marketing@victorytour.az
(+99450) 2951152
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi