MITT 2015

18 - 21 mart 2015 il tarixlərində Moskvada ən böyük turizm sərgisi "Səyahət və turizm" - MITT 2015, 22-ci Moskva beynəlxalq sərgisi keçirilir. Bu sərgi, turizm sahəsinin nümayəndələri arasında danışıqlar, görüşlər, fikir mübadiləsi və təkliflər üçün mükəmməl bir yerdir. Məhz bu sərgidə turizm bazarının iştrakçıları, yaxınlaşan turizm mövsümü ərəfəsində ən əhəmiyyətli və maraqlı təkliflərini elan edirlər: yeni proqramlar, yeni qiymətlər, yeni istiqamətlər. Moskva sərgisində dünyanın müxtəlif ölkələrindən ən böyük turizm agentlikləri iştirak edir. Bu sərgidə Azərbaycanın bir neçə turizm şirkəti iştrak edir. Sərgidə Victory Tour turizm agentliyini Baş direktor Vüsal Hacıyev təmsil edir.

Turlara abunə ol