Hədiyyə kartları

Xidmətlər

Victory Tour / DMC in Azerbaijan

Əgər Siz yaxınlarınıza, dostlarınıza, həmkarlarınıza hədiyyə təqdim etmək istəyirsinizsə, lakin seçim etməkdə çətinlik çəkirsinizsə, biz Sizə “Victory Tour” şirkətinə məxsus hədiyyə kartlarını əldə etməyi təklif edirik. Bizim hədiyyə kartlarımız Sizə orijinal və qeyri-adi sürpriz etməyə kömək edəcək və yaxınlarınız üçün gözlənilməz və xoş olacaq. Axı kim səyahət etməyi sevmir?!

Səyahət – sevdiyiniz, yaxınlarınız və dostlar üçün ən yaxşı və eyni zamanda qeyri-adi hədiyyələrdən biridir. Bu həmçinin əməkdaşlarınız üçün dəstək və motivasiya üçün ən yaxşı üsuludur! Səyahət kartın sahibinə xoş təəssüratlar bəxş edəcək və daha xoşbəxt edəcək!

Siz insana səyahət hədiyyə edirsiniz, ancaq onun istiqamətini və nüanslarını kartın sahibi özü müstəqil seçir.

Biz Hədiyyə kartının sahibinə, kartda göstərilən məbləğə istənilən turizm xidmətlərini verəcəyik. Bu dünyanın istənilən hissəsinə tur, aviabilet, yerüstü xidmətlər və ya otel rezervasiyası ola bilər. Alıcının rahatlığı üçün hədiyyə kartlarının bir neçə nominalı mövcuddur.

Bizim şirkətimiz həmçinin yeni evlənənlər üçün xüsusi eksklüziv hədiyyə kartları təklif edir! Bal ayı toyun davamıdır və əgər Siz öz yaxınlarınız üçün unudulmaz hədiyyə etməyə qərar vermisinizsə, o zaman yeni evlənənlər üçün hədiyyə kartı düzgün seçimdir!

Bizimlə əlaqə saxlayın:

Şamxal Ələfsərli

Biznesin inkişafı üzrə menecer


sales@victorytour.az

(+99450) 2951157

(+99412)4379090

Turlara abunə ol