Kruiz «Fars körfəzinin inciləri» - 863 EUR-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  863€
  • Tarix:  10.01.2026 - 17.01.2026
Sorğu göndərin

Yaxın Şərq, Fars körfəzi, Dubaydan kruizlər - ən romantik və tələbkar səyahətçinin xəyal etdiyi səyahətdir. Birləşmiş Ərəb Əmirliklərinin nümunəsindən istifadə edərək, qədim mədəniyyətin və xüsusi şərq ekzotizminin lüks, rahatlıq və ultra müasir həyat tərzi ilə necə qarışdığını görə bilərsiniz.

Niyə bu turu seçməlisiniz?

  • Eksklüziv təklif 
  • Lüks şərait və ən yüksək səviyyədə xidmət
  • Müasir gəmidə unikal proqra

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

Qiymətə daxildir:

- Liman vergiləri
- “Şved masası” restoranında içkilər stansiyasında: soyuq və isti su, çay (günün 20 saatı), qəhvə yalnız səhər yeməyi zamanı
- “Şved masası” restoranında qidalanma: erkən səhər yeməyi, səhər yeməyi, qəlyanaltılar, pizza və qril zonası, nahar, şam yeməyi, gec qəlyanaltılar (bar içkiləri əlavə ödənişlədir); “a la carte” restoranda qidalanma: səhər yeməyi, nahar, şam yeməyi (içkilər əlavə ödənişlə)
- Əyləncə proqramları: axşam teatr şouları, canlı musiqi, animasiya və diskoteka
- Gəminin bütün ictimai zonalarından istifadə: kitabxana, hovuzlar, cakuzi, uşaq su parkı, idman zalı, stolüstü tennis, mini-qolf, şaqqı oyunları, 6 aydan 17 yaşadək uşaqlar üçün mini-klublarda tərbiyəçi və animator xidmətləri
- Baqajın limanlarda daşınması
- Gəmi körpüyə yan almayan limanlarda sərnişinlərin daşınması üçün qayıqlardan istifadə

Əlavə ödənilir:
- Aviauçuş
- Tibbi sığorta (istəyinizlə)
- Transfer (istəyinizlə)
- İnternet paket  (istəyinizlə)
- İçkilər (su, şirələr, spirtli içkilər, kokteyllər)
- Ekskursiyalar (laynerdə sifariş və ödəniş)

Marşrut

Region: BƏƏ və Fars körfəzi
Kruiz gəmisi: MSC Euribia
Yola düşmə limanı: Dubay
Rusdilli qruplar mövcuddur

Dayanacaq şəhərləri: Dubay (BƏƏ), Doha (Qətər), Bəhreyn (Bəhreyn), Əbu-Dabi (BƏƏ), Sir-Bani-Yaş (BƏƏ)

Mehmanxana

❗Tam pansion qidalanma

Pəncərəsiz Deluxe kayuta – 863 EUR-dan
Məhdud mənzərəli pəncərəli Junior kayuta  – 1143 EUR-dan
Balkonlu Deluxe kayuta – 1223 EUR-dan

Viza

Vizasız

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Tatyana Romanova

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


agent2@victorytour.az

(+99450) 2700064

(+99412) 4379090

Turlara abunə ol