*Qrup turu 7 gecəlik
Əbədi şəhər Romaya səyahətə çıxın! Bu tur İtaliyanın mədəniyyətini, tarixini və romantikasını bir arada yaşamaq istəyənlər üçün nəzərdə tutulub. Antik abidələr, dar küçələr, unikal muzeylər, Vatikan səfəri və Neapol-Pompeya kimi məşhur istiqamətlər sizi gözləyir. Hər gün – yeni təəssüratlar, italyan üslubunda rahatlıq və unudulmaz anlar!
Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:
Şənbə günlərindən başlayaraq
TURUN QİYMƏTİ:
1 nəfər üçün 2 nəfərlik otaqda yerləşmə (3* mərkəz) — 640 EUR
1 nəfər üçün 2 nəfərlik otaqda yerləşmə (4* mərkəz) — 680 EUR
Turun proqramı:
1 Gün – Roma
Romaya gəliş.
Hava limanında qarşılanma.
İstəyə əsasən əlavə ekskursiya: “Nemi – Çiyələk şəhəri, Nemi gölü, Castel Gandolfo”.
Asudə vaxt. Mehmanxanada gecələmə.
2 Gün – Roma (İcmal ekskursiya – Kapitoli təpəsi – Axşam Roması)
Səhər yeməyi.
Piyada təsviri ekskursiya: Navona meydanı, Panteon, Venesiya meydanı.
Asudə vaxt.
İstəyə əsasən Kapitoli təpəsinə ekskursiya.
Axşam – “Axşam Roması” ekskursiyası (komfortlu avtobusla).Mehmanxanada gecələmə.
3 Gün – Roma (Neapol və Pompey)
Səhər yeməyi.
Asudə vaxt.
İstəyə əsasən tam günlük Neapol və Pompey ekskursiyası.
Axşam Romaya qayıdış.Mehmanxanada gecələmə.
4 Gün – Roma (Vatikan)
Səhər yeməyi.
İstəyə əsasən Vatikan dövləti və Müqəddəs Pyotr Kilsəsinə ekskursiya.
Asudə vaxt.Mehmanxanada gecələmə.
5 Gün – Roma (Outlet turu)
Oteldə səhər yeməyi.
İstəyə əsasən Castel Romano dizayner outletinə alış-veriş turu.
Asudə vaxt. Mehmanxanada gecələmə.
6 Gün – Roma (Tivoli)
Səhər yeməyi.
İstəyə əsasən Tivoli şəhərinə ekskursiya.
Asudə vaxt. Mehmanxanada gecələmə.
7 Gün – Roma
Səhər yeməyi.
Asudə vaxt. Mehmanxanada gecələmə.
8 Gün – Roma
Səhər yeməyi.
Transfer hava limanına.
Qiymətə daxildir:
- Seçilmiş kateqoriyalı oteldə kontinental səhər yeməyi ilə yerləşmə
- Qrup transferi: hava limanı–otel–hava limanı (Fiumicino və Ciampino reyslərinə uyğun)
- Rusdilli assistent xidməti
- Lisenziyalı rusdilli bələdçi ilə Roma üzrə icmal ekskursiyası
Əlavə ödənilir:
- Aviauçuş
- Sığorta
- Viza rüsumu
- Viza mərkəzində xidmət haqqı
- Viza dəstəyi
Mütləq ödənilir:
Qulaqlıqlı cihazın icarəsi – 3 EUR/gün
Otel vergiləri:
3* otel — 6 EUR/nəfər/gün
4* otel — 7 EUR/nəfər/gün
Fakultativ (əlavə ödənişli) ekskursiyalar:
“Nemi – Çiyələk şəhəri, Nemi gölü, Castel Gandolfo” — 55 EUR
“Axşam Roma” — 35 EUR
“Kapitoli təpəsi” — 15 EUR
“Neapol – Pompey” — 70 EUR
“Outlet alış-veriş turu” — 35 EUR
“Tivoli” — 70 EUR (giriş bileti əlavə ödənilir)
Pompey giriş bileti — 18 EUR
Vatikan dövləti və Müqəddəs Pyotr Kilsəsinə ekskursiya — 15 EUR
Roma – Nemi – Nemi Gölü – Kastel Gandolfo – Roma – Neapol – Pompey – Vatikan – Kastel Romano – Tivoli – Roma
Vacibdir!
“Çiyələk şəhəri Nemi – Nemi gölü – Kastel Qandolfo” ekskursiyası, tura gəlmə günü erkən reyslərlə gələn turistlər üçün təşkil olunur.
Kontinental səhər yeməyi – çay, qəhvə, bulka, kruassan, yağ və cem daxildir.
Texniki səbəblərə görə ekskursiyaların keçirilmə qaydası dəyişdirilə bilər.
Dövlət bayramları zamanı bəzi muzeylər bağlı ola bilər, bu halda şirkət onları alternativ ekskursiya proqramları ilə əvəz etmək hüququnu özündə saxlayır.
Turların başlanğıcında və sonunda transfer təmin olunduqda, bələdçi xidmətləri göstərilməyə bilər.
Qrup transferi zamanı fərqli vaxtlarda və müxtəlif reyslərlə gələn turistlərin birləşdirilməsi mümkündür. Birləşmə təxminən iki saatlıq zaman aralığında həyata keçirilir və reyslərin gecikməsi halında gözləmə vaxtı dəyişə bilər. Eyni qayda ilə, qrup transferi geri dönüş zamanı da müxtəlif reyslərlə uçan turistlər üçün birləşdirilir. Bu zaman əsas şərt turistlərin uçuşdan əvvəl hava limanına vaxtında çatdırılmasıdır.
Müəyyən bir reysə vaxtında çatmaq vacib olan turistlərə fərdi transfer sifariş etmələri tövsiyə olunur.
Turun başlanğıcına gəlməyən və ya turdan birtərəfli imtina edən turistlər üçün şirkət göstərilməyən xidmətlərin dəyərini geri qaytarmamaq hüququnu özündə saxlayır.
Otelə yerləşmə saat 14:00-dan tez deyil, çıxış isə gediş günü saat 11:00-a qədər həyata keçirilməlidir.
* Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis
agent2@victorytour.az
(+99450) 2700064
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi