Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır.
Bu torpaqlara ayaq basmaq arzumuz artıq gerçəkdir. "O gün olsun Şuşaya gedək" deyirdik, artıq o gün bu gündür.
Əziz dostlar, sizin nəzərinizə Şuşaya 3 günlük turumuzu təqdim edirik.
Turun ətraflı proqramı ilə taniş olun:
I Gün
07:00 – Bakıda təyin olunmuş yerdə toplaşmaq
09:00 – Salyan rayonunda “Hacıoğlu” restoranında fasilə
12:00 – Füzuli Beynəlxalq Hava Limanı
12:30 – Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və Füzuli şəhərinin mərkəzindəki dağıntılar ilə tanışlıq
13:40 – Şuşada oteldə yerləşmə
14:00 – Nahar yeməyi üçün asudə vaxtı
15:00 – Otelin qarşısında toplaşmaq
Ziyarət olunacaq tarix və mədəniyyət abidələri :
Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi
Cıdır düzü
16:30 – Otelə qayıdış
17:00 – 21:00 – Asudə vaxt.
II Gün
10:00 – Səhər yeməyi
11:00 – Otelin qarşısında toplaşmaq
Ziyarət olunacaq tarix və mədəniyyət abidələri:
Bülbülün ev-muzeyi
Çuxur məhəllədə yerləşən abidələr
Yuxarı Gövhər ağa məscidi
Aşağı Gövhər ağa məscidi
Merdinli məhəlləsi: Sadıqcanın evi
14:00 – Otelə qayıdış
15:00 – 21:00 – Asudə vaxt
III Gün
10:00 – Səhər yeməyi
11:00 – Otelin qarşısında toplaşmaq
Ziyarət olunacaq tarix və mədəniyyət abidələri:
“Güllələnmiş büstlər” olan meydan
Xurşidbanu Natəvanın sarayı. Şairənin vəsaiti hesabına inşa edilmiş bulaq
Şuşa qalası. Şuşa qalasının Gəncə qapısı və “Xarı Bülbül” simvolu
Üzeyir Hacıbəylinin heykəli və Natəvanın malikanəsinin ərazisi
13:30 – Otelə qayıdış
14:00 – Bakıya yola düşmək
15:15 – Füzuli rayonunda “Sultan” restoranında 45 dəqiqəlik fasilə
16:00 – Füzuli-Bakı yolu.
Qiymətə daxildir:
- Nəqliyyat
- Bələdçi xidməti
- 2 gecə oteldə gecələmə
- 2 dəfə oteldə səhər yeməyi
Bakıdan çıxış yeri: Tbilisi prospekti, 34 (Qafqaz Baku City Hotel-in qarşısı)
Şuşadan çıxış yeri: Xarı Bül-Bül Hoteldən yola düşmə
Khari Bulbul Hotel
Daxili turizm departamentinin mütəxəssisi
visa@victorytour.az
(+99450) 295 11 58
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi