Çinə Zəmanətli tur: İki Paytaxt – 1250 USD-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  7 gün, 6 gecə
  • Qiymət:  1250$
  • Tarix:  Mart - Dekabr
Sorğu göndərin

*Qrup Turu

İki unikal dünyanı kəşf edin – qədimlik və müasirliyin ruhunu birləşdirən səyahət!
Pekin – möhtəşəm tarixi və dərin mədəni ənənələri ilə sizi imperator ehtişamı və Konfutsi fəlsəfəsinin atmosferinə qərq edəcək. Burada zaman sanki yavaşlayır, sizə əsrlərin müdrikliyindən zövq almaq imkanı verir.
Sonra isə – sürətli və dinamik Şanxay! Heç vaxt yatmayan bu şəhər enerjisi ilə heyran edir. Ultra-müasir göydələnlər və küçələrdəki parlaq həyat burada ənənələrlə innovasiyaların görüşdüyü bir mühit yaradır. Burada siz imkanlarla və ilhamla dolu müasir Çinin nəbzini hiss edəcəksiniz.

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

Tarixlər:

20.03.2025
10.04.2025
24.04.2025
25.04.2025
15.05.2025
29.05.2025

12.06.2025
10.07.2025
14.08.2025
12.09.2025
26.09.2025

10.10.2025
17.10.2025
24.10.2025
30.10.2025
13.11.2025
11.12.2025



Turun proqramı:

1-ci gün: Pekin
Pekinə gəliş. Rusdilli bələdçi ilə hava limanında qarşılanma.
Şəhərə transfer və ekskursiyanın başlanması: paytaxtın ən məşhur restoranlarından birində nahar – “Pekin ördəyi”. Nahar sonrası Tiananmen meydanına səfər.
Daha sonra Qış İmperator Sarayını ziyarət edirik.
Gəzintimizi Pekinin qədim atmosferini qoruyan məşhur Daşilan ticarət küçəsində tamamlayırıq.

2-ci gün: Pekin
Bu gün siz insan əli ilə yaradılmış möcüzə – Böyük Çin Səddini (Mutianyu hissəsi) görəcəksiniz.
Ekskursiyadan sonra şəhər kənarında yerləşən rahat restoranda nahar.
Günün ikinci yarısında Yay İmperator Sarayına səfər – Çinin ən gözəl parklarından biri.
Axşam Pekinin Olimpiya obyektlərinin – “Quş yuvası” stadionunun və “Su kubu”nun xarici görünüşünə baxış.

3-cü gün: Pekin
Günümüzü məşhur Lamaist məbədi – Yunxeqon ziyarəti ilə başlayırıq.
Çin mətbəxi restoranında nahar. Daha sonra Səmavi Məbəd (Tiantan) səfəri.
Otelə qayıdış və sərbəst vaxt.

4-cü gün: Şanxay
Pekin zooparkına səfər.
Çay mərasimi.
Daha sonra qrup sürətli qatarla Şanxaya yola düşür (2-ci sinif yerlər, səfər müddəti 6 saat).
Şanxaya gəliş, rusdilli bələdçi ilə qarşılanma, transfer və 4* otelə yerləşmə. İstirahət.

5-ci gün: Şanxay
Səadət bağı
Köhnə şəhər – burada qədim Çin üslubunda mağazalar və dükanlar fəaliyyət göstərir.
Çin restoranında nahar. Şərq İncisi televiziya qülləsi. Bund sahili boyunca gəzinti. Axşam əlavə ödənişlə: Huanpu çayında kruiz və ya akrobatik şou.
Otelə qayıdış. 

6-cı gün: Suzhou
Səhər Tigris Təpəsinə ekskursiya – buranın qeyri-adi əfsanələri var.
Çin restoranında nahar.
Panmen parkına səfər.
Günün sonunda İpək Muzeyi – Çində ipək istehsalının ən böyük mərkəzi. Otelə qayıdış.

7-ci gün:
Oteldə səhər yeməyi və otaqların təhvili.
Hava limanına transfer və uçuş.

Qiymətə daxildir:

- 4* oteldə standart 2 nəfərlik otaqda yerləşmə
- Rusdilli bələdçi ilə kondisionerli avtobusda nəqliyyat xidməti
- Proqram üzrə ekskursiyalar
- Proqram üzrə qidalanma

Əlavə ödənilir:

- Aviabilet
- Çinə fərdi turistik viza
- Əlavə ekskursiyalar

Marşrut

Tur marşrutu: Pekin – Şanxay

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Xəyalə Tağıyeva

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour2@victorytour.az

(+99450) 2811157

(+99412)4379090

Turlara abunə ol