COVID-19 dövründə Azərbaycana giriş qaydaları

COVID-19 dövründə Azərbaycana giriş qaydaları

Azərbaycana giriş qaydaları

COVID-19 pandemiyası dövründə Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası, Türkiyə, ABŞ, Bəhreyn, BƏƏ, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan, Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya, Argentina, Avstraliya, Braziliya, Bruney, Cənubi Koreya, Çili, Ekvador, Kamboca, Kosta Rika, Kuba, Küveyt, Qazaxıstan, Maldiv, Meksika, Mərakeş, Monqolustan, Monteneqro, Norveç, Oman, Panama, Salvador, Uruqvay, Yeni Zelandiya, İordaniya, Kipr, Ukrayna, Rumıniya, Belarus, Albaniya, Dominikan Respublikası, Filippin Respublikası, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşları və rezidentləri aşağıda müəyyən edilmiş şərtlərlə Azərbaycana səfər edə bilər:

yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin (nəticənin elan olunduğu saatdan 72 saat ərzində etibarlıdır) təqdim olunması
1 yaşdan 18 yaşadək olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin (nəticənin elan olunduğu saatdan 72 saat ərzində etibarlıdır) təqdim olunması
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 may 2022-ci il tarixədək uzadılıb.
 

Mənbə:   https://tourismboard.az/az/page/314-COVID-19

*Vacib qeyd:  

- Yuxarıda qeyd olunan məlumatlar əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
- Yenilənmiş məlumatla tanış olmaq üçün qeyd etdiyimiz  link üzrə keçid etməyiniz tövsiyə olunur
- Həmçinin uçuşunuzdan əvvəl ən son məlumatları dəqiqləşdirmək üçün  bizim əməkdaşımızla əlaqə saxlaya bilərsiniz.

Turlara abunə ol