Barselona → Fiqeras → Avinyon → Antib → Kann → Monako → Monte-Karlo → Nitsa → Arl → Montserrat → Barselona
*Qrup turu
Aralıq dənizi sadəcə bir məkan deyil — xüsusi bir atmosferdir!
İspaniya və Fransanı bir səyahətdə kəşf edin: Qaudinin memarlığı, Dalinin sənəti, Provansın romantik ruhu və Lazur sahilinin zərifliyi.
Bu marşrut əsas məqamları görmək, ab-havanı hiss etmək və unudulmaz təəssüratlarla qayıtmaq istəyənlər üçün hazırlanıb.
Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:
Gəliş / Gediş: Barselona
***Turun təsdiqi üçün hər bir şəxs üçün 50 EUR məbləğində öncədən ödəniş tələb olunur (məbləğ geri qaytarılmır).
***Turun tam ödənişi gediş tarixindən ən gec 15 gün əvvəl həyata keçirilməlidir.
Turun proqramı:
1-ci gün. Kosta Brava
Barselonaya gəliş. Hava limanında qarşılanma.
Kosta Brava və ya Kosta de Barselona (Maresme) sahillərinə transfer və mehmanxanada yerləşmə. Şam yeməyi.
2-ci gün. Fiqeras – Avinyon
Səhər yeməyi.
Oteldən əşyalarla çıxış. Provans bölgəsinə yola düşmə.
Yolda Fiqeras şəhərində Salvador Dalinin Teatr-Muzeyinin ziyarəti.
Qədim Avinyon şəhərinin mərkəzi ilə gəzinti: Avropanın ən böyük qotik tikilisi olan Papa Sarayı, Notr-Dam kilsəsi, Müqəddəs Pyotr kilsəsi.
Mehmanxanada yerləşmə.
3-cü gün. Kann – Antib
Səhər yeməyi.
Mehmanxanadan əşyalarla çıxış.
Kann şəhərinə ekskursiya: Kann Kino Festivalı Sarayının yanında yerləşən məşhur Ulduzlar Xiyabanı ilə birlikdə Kruazet sahil bulvarının gəzintisi. Daha sonra Antib şəhərinin ziyarəti — burada Mavi Sahilə gələn ən möhtəşəm yaxtalar lövbər salır.
Kann və ya Nitsada mehmanxanada yerləşmə.
4-cü gün. Nitsa – Kann
Səhər yeməyi.
Arzular ölkəsi sayılan Monako knyazlığına ekskursiya: Okeanoqrafiya Muzeyi, Kafedral kilsə, Knyaz Sarayı, ekzotik bağ və məşhur Monte-Karlo kazinosu.
Nahar və suvenir alış-verişi üçün sərbəst vaxt.
Qayalar üzərində yerləşən, “qartal yuvası” adlandırılan mənzərəli orta əsr Eze kəndinin ziyarəti. Fragonard məşhur ətir fabrikini ziyarət etmək imkanı.
Kann və ya Nitsadakı mehmanxanaya qayıdış.
5-ci gün. Monako – Monte-Karlo – Kann
Monako knyazlığına ekskursiya: Okeanoqrafiya Muzeyi, Kafedral kilsə, Knyaz Sarayı, ekzotik bağ və Monte-Karlo kazinosu.
Nahar və suvenir alış-verişi üçün sərbəst vaxt.
Orta əsrlərə aid Eze kəndinin ziyarəti və Fragonard ətir fabrikinə baş çəkmək imkanı.
Kann və ya Nitsadakı mehmanxanaya qayıdış.
6-cı gün. Arl – Kosta Brava
Səhər yeməyi.
Oteldən əşyalarla çıxış. İspaniyaya yola düşmə.
Yolda mənzərəli Arl şəhərinin ziyarəti. Daha sonra Kosta Brava sahillərinə davam edən yol.
Mehmanxanaya yerləşmə. Şam yeməyi.
7-ci gün. Montserrat – Barselona
Səhər yeməyi.
Kataloniyanın paytaxtına yola düşmə.
Barselonada panoramik şəhər turu: Antoni Qaudinin şah əsərləri — Müqəddəs Ailə məbədi (Sagrada Familia), Mila evi, Batlyo evi, Paseo de Qrasia, İspaniya meydanı və Montjuik.
Kataloniyanın əsas simvollarından biri olan Montserrat dağına ekskursiya.
Barselonada mehmanxanada yerləşmə.
8-ci gün. Barselona
Səhər yeməyi.
Saat 10:00-dək otaqların boşaldılması.
Barselona hava limanına qrup transferi.
Turun sonu.
***Proqramda ekskursiya obyektlərinin ziyarət vaxtı və ardıcıllığı daxil olmaqla dəyişikliklər mümkündür.
Qrupda iştirakçıların maksimal sayı — 30–40 nəfər.
Qiymətə daxildir:
– 3* və 4* mehmanxanalarda gecələmə
– Bütün marşrut üzrə avtobus nəqliyyatı
– Rusdilli müşayiətçi-bələdçi
– Gəliş və gediş zamanı qrup transferi (08:00–20:00 arası daxil olmaqla)
(20:05–08:00 arası transfer üçün əlavə ödəniş: hər nəfər üçün 25 €)
– Giriş biletləri: Fiqeras – Salvador Dali Teatr-Muzeyi
– Qidalanma: 7 səhər yeməyi və 2 şam yeməyi
Əlavə ödənilir:
– Radio-bələdçi (audio-guide) – hər nəfər üçün 20 € (bələdçiyə nağd ödənilir)
– Mehmanxanada turist vergisi (yerində ödənilir)
– Çaypulu
– Suvenirlər və şəxsi xərclər
– Sığorta
– Viza rüsumu
– Viza mərkəzində yer üçün ödəniş
– Viza dəstəyi xidməti
– Aviauçuş
Avtobusda yerlər üçün əlavə ödəniş:
– Birinci sıra (bələdçi və ya sürücünün arxası) – hər nəfər üçün 50 €
– İkinci sıra – hər nəfər üçün 40 €
– Üçüncü sıra – hər nəfər üçün 30 €
4-cü sıradan başlayaraq yerlər ilk gün turistlər tərəfindən pulsuz tutulur və tur boyu həmin yerlər saxlanılır.
Barselona → Fiqeras → Avinyon → Antib → Kann → Monako → Monte-Karlo → Nitsa → Arl → Montserrat → Barselona
* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis
agent2@victorytour.az
(+99450) 2700064
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi