Avropa üzrə voyaj - 720 EUR-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  720€
  • Tarix:  Mart - Sentyabr
Sorğu göndərin

Əgər Siz ənənəvi və monoton istirahətdən yorulmuş təcrübəli səyahətçilərsinizsə və yeni səfərdən təəssüratların maksimumunu almağı arzu edirsinizsə, onda Avropa üzrə uyğunlaşdırılmış turlar Sizin və yaxınlarlarınız üçün qiymətli tapıntıdır!

 Qrup turu: Fransa –  Belçika – Hollandiya

2025-ci il üçün hər cümə günündən başlayan tarixlər:

28.03.2025
25.04.2025
06.06.2025
04.07.2025
01.08.2025
22.08.2025
12.09.2025

Zəhmət olmasa, turun şərtləri ilə tanış olun:

Turun proqramı:

1-ci gün: Paris.
Hava limanında qarşılanma. Mehmanxanada yerləşmə. Asudə vaxt.
Paris mehmanxanasında gecələmə.

2-ci gün: Paris. 
Mehmanxanada səhər yeməyi. Asudə vaxt.
İstəyinizlə fakultativ ekskursiyalar ( * siyahını əməkdaşımızdan əldə edə bilərsiniz)
Mehmanxanada gecələmə.

3-cü gün:
Səhər yeməyi.
Paris üzrə şəhər turu. Fragonard Ətir Fabrikinin ziyarəti.
Azad vaxt. İstəyə bağlı olaraq ekskursiyalar təşkil olunur.
Günorta yeməyindən sonra istəyənlər üçün Fransız krallarının iqamətgahı – Versal sarayı-muzeyinə ekskursiya təşkil olunur.
Parisdə gecələmə.

4-cü gün: Paris – (Etretat) – Ruan
Səhər yeməyi.
Ruan şəhərinə transfer.
Bələdçi ilə gəzinti və ya lisenziyalı bələdçi ilə şəhər turu: Ruan Kafedralının və Janna d’Arkın edam yerinin ziyarəti.
Yolda istəyənlər üçün Atlantik okeanı sahilində yerləşən möhtəşəm kurort şəhəri Etretata* ziyarət təşkil oluna bilər.
Fransa ərazisində mehmanxanada gecələmə.

5-cü gün: Brügge – Brüssel
Səhər yeməyi.
Brüggeyə transfer. Şəhər turu. Asudə vaxt.
Brüsselə transfer. Şəhər turu.
Brüssel – Flamandiyada fransızdilli əhalinin məskəni, tarixən işğalçılara qarşı itaətsizliyin simvoludur. Şəhər ürək formasında inşa olunub.
Mehmanxanada yerləşmə və gecələmə.

6 -cü gün: Amsterdam
Səhər yeməyi.
Amsterdama transfer.
Amsterdam kanallarında gəmi gəzintisi (qayıq bileti əlavə ödənişlidir).
İstəyə bağlı olaraq Haaqaya ekskursiya təklif olunur.
Mehmanxanaya qayıdış və gecələmə.

7 -cü gün: (Volendam – Zaanse Schans) – Antverpen
Səhər yeməyi.
Mehmanxanada asudəvaxt və ya istəyənlər üçün Volendam və Zaanse Schans şəhərlərinə ekskursiya təşkil olunur.
Antverpenə transfer.
Qrup bələdçisi ilə gəzinti və ya lisenziyalı bələdçi ilə ekskursiya.
Mehmanxanada yerləşmə və gecələmə.

8 -cü gün: Paris
Səhər yeməyi.
Parisə transfer.
Hava limanına transfer.

_______________

Avtobusda:
İlk sırada oturmaq üçün əlavə ödəniş: 50 EUR / adambaşı
İkinci sırada oturmaq üçün əlavə ödəniş: 40 EUR / adambaşı
Üçüncü sırada oturmaq üçün əlavə ödəniş: 30 EUR / adambaşı
Digər sıralar (ilk üç sıradan başqa) üçün əlavə ödəniş: 10 EUR / adambaşı

Qiymətə daxildir:
– Səhər yeməyi əsasında 3* mehmanxanalarında gecələmə
– Qrup transferi aeroport–mehmanxana–aeroport
– Rusdilli assistent və nəqliyyat xidməti
– Parisdə,Brüqqe, Brüssel, Amsterdamda lisenziyalı bələdçi ilə ekskursiyalar
– Ruan, Antverpenə rusdilli assistentlə ziyarət

Əlavə ödənilir:
- Aviauçuş
- Sığorta
- Viza rüsumu
- Viza dəstəyi

Mütləq ödənilir:

Səyahət müddəti üçün qulaqlıq — 20 EUR
Amsterdam kanallarında qayıq gəzintisi — 15 EUR
Otel vergisi — adambaşına gündə 1- 5 EUR qədər
Amsterdama giriş vergisi — adambaşına 1.5 EUR

 

Marşrut

Paris–(Şantilli)–(Versal)–Ruen–(Etretat)–Brügge–Brüssel–Amsterdam–(Haaqa)–(Volendam-Zaanse Schans)–Antverpen–Paris

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Tatyana Romanova

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


agent2@victorytour.az

(+99450) 2700064

(+99412) 4379090

Turlara abunə ol