Baltikanın Kəhrəba Boyunbağısı - 1080 EUR-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  7 gün, 6 gecə
  • Qiymət:  1080 €
  • Tarix:  27.07.2025 - 02.08.2025
Sorğu göndərin

*Qrup turu:

Baltikanın gözəlliklərini kəşf edin! Sizi Riqanın füsunkar küçələri, Tallinin orta əsr cazibəsi və Helsinkiyə unudulmaz dəniz səyahəti, rahat mehmanxanalar, zəngin ekskursiya proqramı, ləzzətli mətbəx və unudulmaz təəssüratlar sizi gözləyir!

Riqa – Tallin – Helsinki – Tallin

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

İki nəfərlik otaqda bir nəfər üçün qiymət – 1080 EUR-dan
Tək nəfərlik otaqda bir nəfər üçün qiymət – 1453 EUR-dan

Turun proqramı:

1-ci gün:

Riqaya gəliş. Turistlərin Riqa hava limanında qarşılanması.
Wellton Riverside Spa Hotel** mehmanxanasına transfer.
Mehmanxananın restoranında nahar.
Saat 15:00 – 16:00 arası yerləşmə.
Köhnə Riqa üzrə piyada ekskursiya.
Asudə vaxt.

2-ci gün:

Mehmanxanada səhər yeməyi.
Yurmalaya səfər.
Riqaya qayıdış. Asudə vaxt.

3-cü gün:

Mehmanxanada səhər yeməyi.
Rundale sarayına ekskursiya.
Sərbəst vaxt.

4-cü gün:

Mehmanxanada səhər yeməyi.
Tallinə yola düşmə.
Yolda Siqulda şəhərinə ekskursiya – Qauya Milli Parkının mərkəzi. Bura boşuna "Latviyanın İsveçrəsi" adlandırılmır – unikal təbiət mənzərələri, füsunkar Qauya çayı, gözəl dərələr, mağaralar və tarixi yerlər, Turayda qoruğu və qalası sizi valeh edəcək.
Yolda "Cadugər pişiyi" adlı restoran-kafedə nahar. Kafenin maraqlı tarixi və şef aşpazın xüsusi deserti sizi gözləyir.
Tallinə gəliş. Metropol Spa Hotel** mehmanxanasında yerləşmə.
Mehmanxananın restoranında şam yeməyi.
Asudə vaxt. İstəyənlər spa mərkəzdə istirahət edə bilər.

5-ci gün:

Mehmanxanada səhər yeməyi.
Tallində avtobuslu və piyada ekskursiya.
Asudə vaxt.
Orta əsr mətbəxi restoranında şam yeməyi.

6-cı gün:

Tallin – Helsinki paromu
Paromda səhər yeməyi.
09:30 – Helsinkiyə çatma.
Helsinkidə avtobuslu və piyada ekskursiya.
16:30 – Tallinə parom ilə geri dönüş.
Paromda şam yeməyi.
Asudə vaxt.

7-ci gün:

Mehmanxanada  "şved masası" səhər yeməyi.
Nömrələrin boşaldılması.
Tallin hava limanına transfer.

Qiymətə daxildir:

- Riqa'da Wellton Riverside Spa Hotel** -də 3 gecə gecələmə
- Tallində Metropol Spa Hotel** -də 3 gecə gecələmə (spa, hovuz, sauna və cakuzi – qiymətə daxildir)
- 6 səhər yeməyi ("şved masası")
- 3 nahar
- 4 şam yeməyi
- Rusdilli bələdçi ilə 6 ekskursiya
- Giriş biletləri: Rundale sarayı, Siqulda köhnə qalası, Turayda qalası,Riqa kanalları boyunca gəmi ilə gəzinti
- Tallin–Helsinki–Tallin parom biletləri
- Marşrut boyu rahat avtobus
- Radiobələdçi (qulaqcıqlar)
- Avtobusda su (qazlı və qazsız)
- Tur rəhbərinin xidmətləri

Əlavə ödənilir:

- Aviabilet
- Viza dəstəyi
- Viza rüsumu

Mehmanxana

Wellot Riverside Spa Hotel **** 
Metropol Spa ****

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Xəyalə Tağıyeva

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour2@victorytour.az

(+99450) 2811157

(+99412)4379090

Turlara abunə ol