*Qrup turu
“Cənubi İspaniya və Portuqaliya: Andalusiya, Alqarve, Lissabon” — günəş, okean mənzərələri və unudulmaz təəssüratlarla dolu bir səyahətdir.
Bu turda Andalusiyanın rəngarəng şəhərləri, Alqarvenin möhtəşəm sahilləri və ruhu ilə valeh edən Lissabon sizi gözləyir — tarix, mədəniyyət və istirahətin mükəmməl vəhdəti.
Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:
Gəliş: Malaga
Gediş: Lissabon
*Turun təsdiqi üçün hər nəfər üçün 50 EUR ödənməlidir (bu məbləğ geri qaytarılmır)
*Ümumi ödəniş tam şəkildə ən azı girişdən 15 gün əvvəl edilməlidir
Turun proqramı:
Gün 1. Malaqa
Malaqaya gəliş. Kosta-del-Sol sahilində yerləşən mehmanxanaya yerləşmə.
Gün 2. Malaqa – Ronda – Marbelya – La-Linea (Gibraltar)
Səhər yeməyindən sonra finikiyalılar tərəfindən salınmış, Pablo Pikassonun doğma şəhəri olan Malaqa üzrə ekskursiya.
Şəhərin tarixi mərkəzinə panoramik mənzərə açılan müşahidə meydançası, Alkazaba qalası yaxınlığındakı Roma teatrının qalıqları və XVI əsrə aid tamamlanmamış katedral ilə tanışlıq.
Daha sonra dağlıq ərazidə yerləşən, 1785-ci ildə inşa olunmuş ilk öküz döyüşü arenası ilə məşhur Ronda şəhərinə yola düşürük.
Mənzərəli yol ilə sahilə doğru hərəkət, Marbelyanın məşhur yaxta limanı Puerto Banusda dayanacaq.
La-Linea şəhərinə transfer və mehmanxanaya yerləşmə.
Gün 3. Gibraltar (Cəbəllüttariq boğazı) – Kadis – Xeres – Uelva
Səhər yeməyi.
Gibraltara ekskursiya.
Kadis şəhərinə transfer.
Daha sonra Xeres-de-la-Frontera.
Atlantik okeanı sahilində yerləşən Uelva və ya Punta-Umbria şəhərində gecələmə.
Gün 4. Uelva – Tavira – Faro – Vilamora – Albufeyra / Portimao
Səhər yeməyindən sonra Portuqaliyaya yola düşürük.
Palos-de-la-Frontera şəhərində dayanacaq.
Tavira şəhərinə transfer.
Alqarve regionunun paytaxtı Faro şəhərində tarixi mərkəzin gəzintisi, nahar və alış-veriş üçün sərbəst vaxt.
Günün sonunda Portuqaliyanın cənubunun prestijli kurortu Vilamoranın ziyarəti.
Portimao və ya Albufeyra şəhərinə transfer, mehmanxanaya yerləşmə.
Gün 5. Albufeyra / Portimao – Lule – Silveş – Monşik
Səhər yeməyi.
Lule və Silveş şəhərləri üzrə ekskursiya.
Portuqaliyanın cənub sahillərinə möhtəşəm mənzərə açılan Monşik dağına qalxma.
Mehmanxanaya qayıdış, istirahət.
Gün 6. Albufeyra / Portimao – Laquş – Saqreş – Müqəddəs Vikenti burnu
Səhər yeməyi.
Dolu proqramlı ekskursiya günü:
Ponta-da-Piedadi burnunda qayalıqlar və mağaralarla tanışlıq.
Laquş şəhərində tarixi mərkəzin gəzintisi və Avropada ilk qul ticarətinin baş verdiyi məkanla tanışlıq.
Hava şəraitindən asılı olaraq qayıqla mağaralar üzrə gəzinti və ya mantar və keramika məmulatlarının alınması imkanı.
Saqreş şəhərinin ziyarəti.
Günün sonunda Avrasiyanın ən cənub-qərb nöqtəsi olan, qədim dövrlərdə “Müqəddəs burun” (Promontorium Sacrum) adlandırılan Müqəddəs Vikenti burnu.
Mehmanxanaya qayıdış.
Gün 7. Albufeyra / Portimao – Kosta-da-Kaparika (Lissabon)
Səhər yeməyi.
Portuqaliyanın paytaxtı Lissabon istiqamətində yola düşmə.
Kosta-da-Kaparika sahil zonasındakı mehmanxanada yerləşmə.
Gün 8. Kosta-da-Kaparika – Lissabon
Səhər yeməyi.
Hava limanına transfer.
Turun sonu.
Qiymətə daxildir:
- 3* və 4*mehmanxanalarda gecələmə
- 7 səhər yeməyi
- Bütün marşrut boyunca avtobus xidməti
- Qrup transferi
- Rusdilli bələdçi
- Daxil olan giriş biletləri:
William Winery şərab zavodu
Gibraltar (Cəbəllütariq)
Uelvada Karavellər Muzeyi
San-Lorenso kilsəsi
Faro kafedral kilsəsi
San-Antonio kilsəsi
Alqarve üzrə gəmiylə gəzinti
Əlavə ödənilir:
- Radiogidlər – 20 € nəfər başına (nağd şəkildə bələdçiyə ödənir)
- Mehmanxana vergisi (yerində ödənir)
- Suvenirlər və şəxsi xərclər
- Sığorta
- Viza rüsumu
- Viza mərkəzində yer üçün ödəniş
- Viza dəstəyi xidməti
- Aviabilet
Avtobusdakı yerlər üçün əlavə ödəniş:
1-ci sıra (bələdçi və ya sürücünün arxası) – 50 €
2-ci sıra – 40 €
3-cü sıra – 30 €
4-cü sıradan etibarən yerlər pulsuzdur və bütün tur boyunca həmin şəxs üçün qorunur
Malaga → Gibraltar → La-Linea → Kadis → Xeres → Uelva → Tavira / Faro → Olyan → Lule → Silveş → Laquş → Sagreş → Cabo-de-San-Visent → Lissabon
*Tur üçün İspaniya vizası açılır.
* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis
agent2@victorytour.az
(+99450) 2700064
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi