İspaniya Klassika - 550 EUR-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  550€
  • Tarix:  Aprel - Oktyabr
Sorğu göndərin

*Qrup turu

İspaniyanın ən gözəl və tarixi şəhərlərinə səyahət etmək istəyirsiniz? İspaniya Klassika turu ilə sizə unudulmaz bir macəra təklif edirik!
Bu turda siz Barselonanın zərif arxitekturasını, Madridin gözəlliklərini, Granadanın mistik atmosferini və Valensiyanın qədim və müasir üslubunu kəşf edəcəksiniz. Tur boyunca Saragosa və Kordova kimi tarixlə zəngin şəhərləri də ziyarət edəcək, Toledo və Sevilya kimi UNESCO-nun Dünya İrsi siyahısında olan məkanları görəcəksiniz. 
Qeydiyyat üçün tələsin – yerlər məhduddur!

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

2026-ci ilin hər həftəsinin şənbə günlərindən: (şənbə-şənbə)

Turun tarixləri:

18.04.2026 - 25.04.2026
16.05.2026 – 23.05.2026
06.06.2026 – 13.06.2026
27.06.2026 – 04.07.2026
18.07.2026 – 25.07.2026
08.08.2026 – 15.08.2026
22.08.2026 – 29.08.2026
12.09.2026 – 19.09.2026
26.09.2026 – 03.10.2026
17.10.2026 – 24.10.2026

Turun Proqramı:

Gün 1:
Barselonaya gəliş. Hava limanında Europe Voyage şirkətinin nümayəndəsi tərəfindən qarşılanma. Şəhər turu. Transfer və Barselonada mehmanxanada yerləşmə. Fakültativ ekskursiya: Gecə Barselonası. Mehmanxanada gecələmə.

Gün 2:
Barselona-Saragosa-Madrid
Mehmanxanada səhər yeməyi. Fakültativ ekskursiya: Guell Parkı. Saragosanın mərkəzində qısa gəzişmə və Madridə transfer. Madriddə mehmanxanada gecələmə.

Gün 3:
Madrid
Mehmanxanada səhər yeməyi. İspaniyanın paytaxtı üzrə ekskursiya. Azad vaxt və ya ixtiyari olaraq Prado muzeyinə ekskursiya və Flamenko şousuna axşam ziyarəti. Mehmanxanada gecələmə.

Gün 4:
(Toledo)-Kordova
Mehmanxanada səhər yeməyi. Fakültativ olaraq Toledo şəhərinə ekskursiya (UNESCO-nun Dünya İrsi siyahısında olan) öz məşhur Katedral kilsəsi, kilsələri və monastırları, yəhudi məhəlləsi ilə. Kastyeliya-La Mança bölgəsi üzərindən Andalusiyaya transfer. Kordovaya gəliş, ərəb xəlifətinin keçmiş paytaxtı: məşhur Məscid-Katedral, Alkasar, yəhudi məhəlləsi, köhnə şəhərin abidələri və küçələri. Kordovada gecələmə.

Gün 5:
(Sevilya)
Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Fakültativ olaraq Sevilya şəhərinə ekskursiya, Andalusiyanın paytaxtı. Asudə vaxt və ya fakultativ olaraq Guadalquivir çayı üzərində gəzinti. Kordovaya qayıdış. Mehmanxanada gecələmə.

Gün 6:
Granada-(Alhambra)
Mehmanxanada səhər yeməyi. Granada şəhərinə transfer, asudə vaxt və ya fakultativ ekskursiya. (Əgər Alhambra və ya Xeneralife'yi ziyarət etmək mümkün deyilsə, Sevilyadakı Alkasar saray kompleksinə ziyarət edilir). İspaniya üzərindən keçərək Mursiya yaxınlığında mehmanxanada gecələmə.

Gün 7:
Valensiya-Barselona
Mehmanxanada səhər yeməyi. Valensiyaya transfer. Şəhərin tarixi mərkəzi üzrə piyada ekskursiya. Barselonaya transfer. Barselona yaxınlığında mehmanxanada gecələmə.

Gün 8:
Mehmanxanada səhər yeməyi. Hava limanına transfer.

Qiymətə daxildir:

- 3* mehmanxanalarda gecələmə
- Qidalanma - səhər yeməkləri
- Qrup transferlər
- Rahat avtobusla nəqliyyat xidmətləri
- Bütün tur boyunca rusdilli bələdçinin xidmətləri
- Lisenziyalı rusdilli bələdçi ilə ekskursiyalar: Barselona, Madrid, Valensiya.
- Qrup bələdçisi ilə şəhər gəzintisi: Saragosa, Kordova

Əlavə ödənilir:

- Sığorta
- Aviauçuş
- Viza yığımı
- Viza dəstəyi

Avtobusda yerlər üçün əlavə ödəniş

1-ci sıra – 50 €
2-ci sıra – 40 €
3-cü sıra – 30 € / nəfər
İlk üç sıradan başqa digər istənilən sıra – 10 € / nəfər

Mütləq ödənilir:

Səfər müddətində qulaqlıqlar 16 €
Mehmanxana vergisi
Sürücülərə çaypulu - 10 €

Fakültativ ekskursiyalar:

Axşam Barselona ekskursiyası – 35 €
Monserrat ekskursiyası (monastırın ziyarəti ilə) – 40 € (12 yaşa qədər uşaqlar – 25 €)
Funikulyorla qalxma – 11 €
Prado muzeyinə ekskursiya – 35 € (12 yaşa qədər uşaqlar – 20 €)
Prado muzeyinə giriş bileti – 18 €
Şam yeməyi ilə Flamenko şousu – 65 €
Toledo şəhərinə ekskursiya – 65 € (12 yaşa qədər uşaqlar – 50 €)
Kordova şəhərində ekskursiya – 35 €
Sevilya şəhərinə ekskursiya – 65 € (12 yaşa qədər uşaqlar – 50 €)
Sevilyada Kafedral saraya ekskursiya – 25 €
Kafedral kilsəsinə giriş bileti – 15 €
Qranada şəhərində ümumi ekskursiya (Alhambra və V Karl sarayının ziyarəti ilə) – 55 €
Kral Kapellasına giriş bileti – 7 €

VACİB MƏLUMAT:

*4 yaşdan kiçik uşaqlar turda iştirak edə bilməz

Kontinental səhər yeməyi: çay, qəhvə, çörək, kruassan, yağ, cem
İlk günlərdə fakültativ ekskursiyaların təqdimatı qrupun və avtobusun təşkilinə görə məhdud ola bilər.
İlk günlər üçün ekskursiyalar əvvəlcədən seçilmiş turistlərə müşayiətçi ilə əlaqə quraraq yerlərin bron edilməsi tövsiyə olunur.
Əgər proqramda eyni kateqoriyalı iki və ya daha çox mehmanxana göstərilibsə, Europe Voyage şirkəti turistin qalacağı yeri son seçim hüququnu saxlayır.
Beynəlxalq sərgilər, olimpiadalar və idman yarışları zamanı mehmanxanaların şəhər kənarında yerləşməsi mümkündür.
Texniki səbəblərdən ekskursiyaların ardıcıllığı dəyişə bilər.
Dövlət bayramlarında bəzi muzeylər bağlı ola bilər, şirkət onları alternativ ekskursiyalarla əvəzləmə hüququna malikdir.
Monserrat ekskursiyası marşrut üzrə həyata keçirilir. Ekskursiyaya qatılmayan turistlər üçün şəhərdən / ekskursiyanın keçirildiyi yerdən kənar sərbəst vaxt nəzərdə tutulub. Ekskursiya başa çatdıqdan sonra gözləyən turistlər qrupa qoşulur və tur proqramına davam edirlər.
Qrup transferi yalnız proqramın başlanğıc və son günündə təqdim olunur. Əlavə gecələr bron edilərkən fərdi transfer sifariş edilməlidir.
Transfer xidmətləri turun əvvəlində və sonunda təqdim olunarkən müşayiətçinin xidməti olmaya bilir.
Gəliş zamanı qrup transferi müxtəlif vaxtlarda və reyslərlə gələn turistlərin birləşdirilməsini nəzərdə tutur (təxminən 2 saatlıq interval). Gedişdə də fərqli reyslərlə gələn turistlər birləşdirilir. Xidmətin şərti turistlərin hava limanına vaxtında çatmasıdır.
Müəyyən reysə çatmaq vacib olan turistlərə fərdi transfer sifariş etmək tövsiyə olunur.
Müqəddəs Həftə və Sevilya yarmarkası zamanı 3* mehmanxana yerinə 2* mehmanxana və ya pansiyonlarda yerləşmə mümkün ola bilər.
Diqqətinizə çatdırırıq ki, turistlər turun başlanğıcına gəlmədikdə və ya turist tur xidmətlərindən birtərəfli qaydada imtina etdikdə, şirkət ödənilmiş məbləğin geri qaytarılması olmadan bütün xidmətləri ləğv etmək hüququnu özündə saxlayır.

Marşrut

Barselona – Saragosa – Madrid – (Toledo) – Kordova – (Sevilya) – Granada – Valensiya – Barselona

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib.

Bizimlə əlaqə saxlayın:

Tatyana Romanova

İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis


agent2@victorytour.az

(+99450) 2700064

(+99412) 4379090

Turlara abunə ol