«İspaniyanın Şimalı: Santyaqo yolları» — 900 EUR-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  900€
  • Tarix:  09.05.2026 – 16.05.2026 / 29.08.2026 – 05.09.2026 / 03.10.2026 – 10.10.2026
Sorğu göndərin

*Qrup turu

İspaniyanın şimalı ölkənin tamam fərqli ritmini təqdim edir.
Burada orta əsr şəhərləri, okean mənzərələri və zəngin qastronomik ənənələr Santyaqo yolları ilə vəhdət təşkil edir. Bu marşrut klassik turistik istiqamətlərdən kənarda, İspaniyanın əsl ruhunu və xarakterini hiss etmək istəyənlər üçün hazırlanıb.

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

Gəliş / Gediş: Madrid

*Turun təsdiqi üçün hər bir şəxs üzrə 50 EUR məbləğində öncədən ödəniş tələb olunur (məbləğ geri qaytarılmır).

*Turun tam ödənişi gediş tarixindən ən gec 15 gün əvvəl həyata keçirilməlidir.

Turun proqramı:

1-ci gün. Madrid
Madrid hava limanına gəliş.
Hava limanında qarşılanma.
Qrup transferi və saat 15:00-dan etibarən mehmanxanada yerləşmə.
Şam yeməyi (Premium paket).

2-ci gün. Madrid – Burqos – Pamplona
Səhər yeməyi.
Əşyalarla birlikdə mehmanxanadan çıxış.
Orta əsr Kastiliya krallığının paytaxtı olan Burqos şəhərinə yola düşmə.
Tarixi mərkəzdə piyada gəzinti, Burqos Kafedralının xaricdən baxışı.
Navarra vilayətinin paytaxtı Pamplonaya yola düşmə. Şəhər turu: korrida arenası və məşhur Estafeta küçəsi.
Mehmanxanada yerləşmə.

3-cü gün. Pamplona – San-Sebastyan – Bilbao
Səhər yeməyi.
Əşyalarla birlikdə mehmanxanadan çıxış.
Biskay körfəzinin “incisi” hesab edilən San-Sebastyan şəhərinə yola düşmə, şəhər gəzintisi.
Nahar fasiləsindən sonra Bilbao şəhərinə transfer.
Quggenhaym Muzeyinin ziyarəti, köhnə şəhər hissəsi və tapas dequstasiyası.
 Mehmanxanada  yerləşmə.

4-cü gün. Bilbao – Santilyana-del-Mar – Komilyas – Ovyedo
Səhər yeməyi.
Əşyalarla birlikdə mehmanxanadan çıxış.
İspaniyanın ən gözəl şəhərcikləri siyahısına daxil olan Santilyana-del-Mar-a yola düşmə.
Modern üslublu memarlığı ilə tanınan Komilyas şəhərinin ziyarəti, Antoni Qaudinin “Kapriz” villası daxil olmaqla.
Ovyedo şəhərinə gəliş, tarixi mərkəz üzrə ekskursiya.
Alma sidri istehsalı müəssisəsinin ziyarəti və dequstasiya (Premium paket).
Mehmanxanada  yerləşmə.

5-ci gün. Ovyedo – La-Korunya – Santyaqo-de-Kompostela
Səhər yeməyi.
Əşyalarla birlikdə mehmanxanadan çıxış.
La-Korunya şəhərinə yola düşmə, Herkules Qülləsinin ziyarəti.
Santyaqo-de-Kompostela şəhərinə transfer.
Santyaqo Kafedralının ziyarəti və autentik restoranda osminoq dequstasiyası (Premium paket).
 Mehmanxanada  yerləşmə.

6-cı gün. Santyaqo-de-Kompostela – Leon
Səhər yeməyi.
Əşyalarla birlikdə oteldən çıxış.
Leon şəhərinə yola düşmə, şəhərin orta əsr abidələrinin ziyarəti.
Sərbəst vaxt.
 Mehmanxanada  yerləşmə.

7-ci gün. Leon – Madrid
Səhər yeməyi.
Əşyalarla birlikdə oteldən çıxış.
Madridə qayıdış, şəhər üzrə icmal ekskursiyası.
Tarixi mərkəz üzrə gəzinti: Kral Sarayından Günəş Qapısı meydanına qədər “Avstriyalılar Madridi”.
Prado və ya Tissen muzeylərini ziyarət etmək üçün sərbəst vaxt (istəyə bağlı, giriş biletləri əlavə ödənilir).
 Mehmanxanada  yerləşmə.
Şam yeməyi (Premium paket).

8-ci gün. Madrid
Səhər yeməyi.
Saat 11:00-dək oteldən çıxış.
Madrid hava limanına transfer.
Turun sonu.

Qiymətə daxildir:

- 3* və 4* kateqoriyalı otellərdə yerləşmə
- Bütün marşrut boyu avtobus nəqliyyatı
- Gəliş və gediş zamanı qrup transferi
- Fərdi transfer — avtomobil üçün əlavə 50 EUR
- Rusdilli müşayiətçi bələdçi
- Giriş biletləri: San-Sebastyan müşahidə meydançası
- Qidalanma:
Standard proqram - 7 səhər yeməyi
Əlavə ödənişlə şam yeməklərinin sifarişi mümkündür — 35 EUR / gün

Premium proqram - 7 səhər yeməyi, mehmanxanada - 2 şam yeməyi və 
Bilbao, Ovyedo və Santyaqo-de-Kompostelada tipik ispan restoranlarında 3 şam yeməyi

Əlavə ödənilir:

- Ekskursiyalar zamanı qulaqcıqlar (radiobələdçi) — 20 EUR / nəfər (nağd şəkildə bələdçiyə ödənilir)
- Mehmanxana vergiləri (yerində ödənilir)
- Çay pulu
- Suvenirlər və şəxsi xərclər
- Sığorta
- Viza rüsumu
- Viza mərkəzində yer üçün ödəniş
- Viza dəstəyi xidməti
- Aviabilet

Avtobusda yerlər üçün əlavə ödəniş:

Birinci sıra (bələdçi və ya sürücünün arxasında) — 50 EUR / nəfər
İkinci sıra — 40 EUR / nəfər
Üçüncü sıra — 30 EUR / nəfər

4-cü sıradan etibarən yerlər tur iştirakçıları tərəfindən turun ilk günü pulsuz seçilir və turun sonunadək sabit saxlanılır.

Əlavə ekskursiyalar (istəyinizlə):

Ovyedoda sidr, Santyaqo-de-Kompostelada osminoq dequstasiyası (Premium paketə daxildir)
Madriddə Prado Muzeyi və ya Tissen Muzeyi — 15 EUR-dan / nəfər

Marşrut

Madrid → Burqos → Pamplona → San-Sebastyan → Bilbao → Santilyana-del-Mar → Komilyas → Ovyedo → La-Korunya → Santyaqo-de-Kompostela → Leon → Madrid

Mehmanxana

Paket Standard:
Turun qiyməti (DBL/TWIN otaqda 1 nəfər üçün) — 900 EUR

Paket Premium:
Turun qiyməti (DBL/TWIN otaqda 1 nəfər üçün) — 1000 EUR

 

Viza

*Tur üçün İspaniya vizası açılır.

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Tatyana Romanova

İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis


agent2@victorytour.az

(+99450) 2700064

(+99412) 4379090

Turlara abunə ol