*Qrup turu
İtaliya – Avstriya – Almaniya – Slovakiya – Sloveniya — Avropanın ən gözəl guşələrini əhatə edən maraqlı və rəngarəng bir səyahət!
Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:
*Hər Cümə günlərindən etibarən (cümə - cümə)
Turun tarixləri:
24.04.2026 - 01.05.2026
19.06.2026 – 26.06.2026
17.07.2026 – 24.07.2026
14.08.2026 - 21.08.2026
18.09.2026 – 25.09.2026
Turun qısa proqramı:
Gün 1: Milan
Milana gəliş. Hava limanında şirkətin nümayəndəsi ilə qarşılanma. Milan/Verona/Veneto ətrafında yerləşən mehmanxanada yerləşmə. Asudə vaxt. Mehmanxanada gecələmə.
Gün 2:
Səhər yeməyi. Asudə vaxt və ya Fakultativ olaraq Komo gölünə ekskursiya. Mehmanxanaya qayıdış. Mehmanxanada gecələmə.
Gün 3: Milan – (Verona) – İnnsbruk
Səhər yeməyi. Mehmanxanadan çıxış. İnnsbruka transfer. Yol üzərində Fakultativ olaraq Verona şəhərinə ekskursiya. Asudə vaxt. İnnsbruk ətrafında mehmanxanada gecələmə.
Gün 4: İnnsbruk – (Münhen + Noyşvanştayn qəsri)
Səhər yeməyi. Asudə vaxt və ya Fakultativ olaraq Münhenə səfər və Noyşvanştayn qəsrinin ziyarəti. Mehmanxanaya qayıdış. Mehmanxanada gecələmə.
Gün 5: Zalsburq – Vyana
Səhər yeməyi. Mehmanxanadan çıxış. Zalsburqda dayanacaqla Vyanaya transfer (Fakultativ ekskursiya). Gəlişdən sonra Vyana üzrə обзор ekskursiyası. Mehmanxanada yerləşmə. Mehmanxanada gecələmə.
Gün 6: (Bratislava) – Lyublyana
Səhər yeməyi. Fakultativ olaraq Bratislavaya ekskursiya. Lyublyanaya transfer. Şəhər üzrə обзор ekskursiyası. Mehmanxanada yerləşmə. Mehmanxanada gecələmə.
Gün 7: Venesiya
Səhər yeməyi. Venesiyaya transfer. Şəhər üzrə обзор ekskursiyası. Asudə vaxt. Veneto regionunda mehmanxanada yerləşmə. Mehmanxanada gecələmə.
Gün 8: Milan
Səhər yeməyi. Milana transfer. İstəyə görə Qarda gölündə yerləşən Sirmione şəhərinə ziyarət. Hava limanına transfer.
DİQQƏT! Milana günün ikinci yarısında çatma nəzərdə tutulur. Uçuş yalnız saat 17:00-dan sonrakı reyslərlə mümkündür.
Qiymətə daxildir:
- 3* mehmanxanalarda səhər yeməyi daxil olmaqla gecələmə
- Qrup transferi hava limanı–mehmanxana–hava limanı
- Proqram üzrə nəqliyyat xidməti və rusdilli müşayiətçi
- Vyana və Venesiyada rusdilli lisenziyalı bələdçi ilə ekskursiyalar
- İnnsbruk və Zalsburq şəhərlərinin ziyarəti
Əlavə ödənilir:
- Aviabilet
- Sığorta
- Viza rüsumu
- Viza mərkəzi xidməti haqqı
- Viza dəstəyi
- Sürücü və assistent üçün xidmət haqqı
Mütləq ödənilir:
Mehmanxanalarda turizm vergisi
Qulaqcıqlar – bütün səyahət müddəti üçün 16 €
Venesiyada: gediş Cudekka kanalı ilə – qayıdış Böyük Kanal ilə – 40 €
Sürücü üçün xidmət haqqı – 10 €
Avtobusda yerlər üçün əlavə ödəniş:
Avtobusun birinci sırası – 50 €
İkinci sıra – 40 €
Üçüncü sıra – 30 € (hər nəfər üçün)
Birinci üç sıradan başqa hər hansı sıra – 10 € (hər nəfər üçün)
Yerlər bütün qrup toplandığı andan etibarən zəmanətlə təqdim olunur.
Birləşdirilmiş ekskursiyalarda qarışıq qrupların eyni avtobusda yerləşməsi zamanı yanaşı yerlər təqdim oluna bilər.
Fakultativ ekskursiyalar və əlavə ödənişlər:
Muzeylərə giriş biletləri
Komo gölünə səfər — 60 €
Verona şəhərinə ekskursiya — 60 €
Münhen + qəsr ekskursiyası — 110 € (giriş bileti daxil)
İnnsbruk üzrə lisenziyalı bələdçi ilə ekskursiya — 15 €
Zalsburq üzrə lisenziyalı bələdçi ilə ekskursiya — 15 €
“Vyananın əfsanələri və sirləri” ekskursiyası — 40 €
Bratislava şəhərinə ekskursiya — 60 €
Lyublyana şəhərinə ekskursiya — 40 €
“Venesiyanın mifləri və əfsanələri” — 25 €
“San Marko və San Salvadore meydanları” ekskursiyası — 25 €
Sirmione ziyarəti — 20 €
VACİB MƏLUMAT:
4 yaşdan kiçik uşaqlar turda iştirak edə bilməz
Kontinental səhər yeməyi – çay, qəhvə, bulka, kruasan, kərə yağı, cem
Turun ilk günlərində fakultativ ekskursiyaların keçirilməsi qrupun sayından və avtobusun komplektasiyasından asılıdır, buna görə yerlərin sayı məhdud ola bilər
İlk günlərdə ekskursiyalarda iştirak etmək istəyən turistlərə tur başlamazdan əvvəl müşayiətçi ilə əlaqə saxlayaraq yerləri əvvəlcədən rezervasiya etmək tövsiyə olunur
Əgər proqramda eyni kateqoriyaya aid iki və ya daha çox mehmanxana göstərilibsə, Europe Voyage şirkəti turistin yerləşəcəyi mehmanxananın son seçimini etmək hüququnu özündə saxlayır
Beynəlxalq sərgilər, olimpiadalar və beynəlxalq səviyyəli idman yarışları dövründə turistlər şəhər ətrafında yerləşən mehmanxanalarda yerləşdirilə bilər
Texniki səbəblərə görə ekskursiyaların keçirilmə qaydası dəyişdirilə bilər
Dövlət bayramları zamanı bəzi muzeylər bağlı ola bilər, şirkət onları alternativ ekskursiya proqramları ilə əvəz etmək hüququnu saxlayır
Qrup transferi yalnız proqramın başlanğıc və bitiş günlərində təqdim olunur. Əlavə gecələr sifariş edildikdə fərdi transfer sifariş etmək və ya turistlər mehmanxanaya özləri getməlidirlər
Turun əvvəlində və sonunda transfer təqdim edilərkən müşayiətçi xidməti təqdim olunmaya bilər
Qrup transferi müxtəlif vaxtlarda və fərqli reyslərlə gələn turistlərin birləşdirilməsini nəzərdə tutur. Bu birləşmə təxminən iki saatlıq zaman aralığında həyata keçirilir və reyslərin gecikməsi ilə bağlı gözləmə vaxtında dəyişikliklər ola bilər. Eyni qayda ilə qayıdış transferində də müxtəlif reyslər üzrə turistlər birləşdirilir. Xidmətin əsas şərti turistlərin uçuşdan əvvəlki prosedurları rahat keçməsi üçün onların hava limanına vaxtında çatdırılmasıdır
Hava limanına müəyyən reys üçün dəqiq vaxtda çatmaq istəyən turistlərə fərdi transfer sifariş etmələri tövsiyə olunur
Turun başlanğıcına turistlərin gəlməməsi və ya tur xidmətlərindən birtərəfli imtina etməsi halında şirkət bütün xidmətləri ödəniş geri qaytarılmadan ləğv etmək hüququnu özündə saxlayır
Milan – (Como gölü) – (Verona) – İnsbruk – (Münhen və Neşvaynştayn qəsri) – Zalsburq – Vyana – (Bratislava) – Lyublyana – Venesiya – (Qarda gölü – Sirmione) – Milan
* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis
agent2@victorytour.az
(+99450) 2700064
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi