Klassik İtaliya - 530 EURO-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  530€
  • Tarix:  14.05.22 - 27.08.2
Sorğu göndərin

Dostlar, İtaliyaya səyahət edin və bu möhtəşəm ölkədən həzz alın!

Tur qrup şəklində olacaq. Qrup turları bir neçə ölkəyə, yaxud bir ölkəyə aid bir neçə şəhərə baş çəkməyə imkan yaradır, təcrübəli müşayiətçinin konsultasiyası və ümumiyyətlə birlikdə səyahət etməyin daha şən və maraqlı keçməsini təmin edir!

 hər şənbə günlərindən etibarən!

14.05.22
28.05.22
18.06.22
02.07.22
23.07.22
13.08.22
27.08.22

Turun proqramı:

 1 gün: Roma
Romaya gəliş. Hava limanında şirkət nümayəndəsi ilə görüş. Transfer və Romada oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.
2 gün: Roma
Oteldə səhər yeməyi. Romanın görməli yerləri üzrə gəzinti turu. Ekskursiya gəzintisi zamanı siz görəcəksiniz: Piazza Navona, Panteon, Piazza Venezia, Colosseum, Roma Forumları. Asudə vaxt. Əlavə olaraq "Gecə Roması" ekskursiyası təşkil edilir. Romada oteldə gecələmə.
3 gün: Roma (Neapol, Pompey)
Oteldə səhər yeməyi. Asudə vaxt. Əlavə olaraq tam günlük Neapol-Pompey ekskursiyası təklif olunur. Romaya qayıdış. Oteldə gecələmə.
4-cü gün: Roma-Piza
Oteldə səhər yeməyi. İngilis dilli bələdçi ilə Vatikan Muzeylərinə ekskursiya. Müqəddəs Paul Katedrali. Toskana bölgəsinə səfər. İstəyinizlə Piza şəhərinə ekskursiya təşkil edilə bilər. Montecatini - Terme yaxınlığında oteldə yerləşmə. Oteldə gecələmə.
 5-ci gün: Florensiya (Siena-San Gimignano)
Oteldə səhər yeməyi. Montecatini Terme-də asudə vaxt və ya istəyinizlə, Siena + San Gimignano şəhərinə əlavə ekskursiya.
Montecatini Terme yaxınlığındakı oteldə gecələmə.
6-cı gün: Florensiya - Boloniya
Oteldə səhər yeməyi. Florensiyaya gediş. Rusdilli bələdçi ilə Florensiyanın tarixi mərkəzinə gəzinti turu. Asudə vaxt. Uffizi Qalereyasına əlavə ekskursiya. Günorta Boloniyaya transfer. Asudə vaxt. Emilia Romagna rayonunda mehmanxanada gecələmə.
7-ci gün: Venesiya
Oteldə səhər yeməyi. Venesiyaya səfər - dünyanın ən gözəl şəhərlərindən biridir. Bələdçi ilə şəhərin görməli yerlərini gəzəcəksiniz. Siz Piazza San Marco, Basilica San Marco, Campanile - Venesiyanın ən hündür binasını görəcəksiniz. Əlbətdə ki, gondolları da unutmayın - Venesiyadakı ekzotik nəqliyyat forması, siz mütləq Venesiya Respublikasının uzaq keçmişinə qərq olacaqsınız. Riminiyə gediş. Oteldə gecələmə.
8-ci gün:
Oteldə səhər yeməyi. Romaya qatar və ya avtobusla gediş. Hava limanına transfer. 

Qiymətə daxildir:
- 3* mehmanxanalarda yerləşmə
- səhər yeməyi əsasında qidalanma (əlavə ödənişlə şam yeməyi)
- Fiumicino və Ciampino reysləri üçün qrup transferləri (hava limanı-otel-hava limanı)
- komfortlu avtobusda nəqliyyat xidməti
- tur boyu rusdilli bələdçi
- lisenziyalı rusdilli bələdçi ilə ekskursiyalar: Roma, Florensiya, Venesiya, Vatikan

Əlavə ödənilir:
- aviauçuş
- viza yığımı
- əlavə ekskursiyalar
- Vatikan Muzeylərinə giriş biletləri
- sürücü və asisstent üçün çaypulu
- qulaqlıqlar
- Venesiyada kanal üzrə gəzinti
- otellərdə vergi

Marşrut

Roma - (Neapol, Pompey) - (Piza) - Florensiya - Montecatini Terme - (Siena-San Gimignano) - Florensiya - Bolonya - Venesiya - Rimini-Roma

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Xəyalə Tağıyeva

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour2@victorytour.az

(+99450) 2811157

(+99412)4379090

Turlara abunə ol