Mərakeş turu 1320 USD-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  7 gün, 6 gecə
  • Qiymət:  1320$
  • Tarix:  20.03.2025 - 31.10.2025
Sorğu göndərin

*Qrup turu

Şərq ekzotikası və Avropa rahatlığından həzz almağa gedirik!

Turun proqramı:

1-ci gün:
Kasablanka
Kasablanka hava limanında sürücü və ingilis dilli bələdçi tərəfindən qarşılanma, Kasablankaya transfer, qeydiyyat, hind restoranında şam yeməyi. Mehmanxanada gecələmə.

2-ci gün:
Kasablanka - Rabat
 Mehmanxanada səhər yeməyi, sürücü və bələdçi ilə görüş, şəhər turu.
Asudə vaxtda yerli restoranda nahar, Krallığın inzibati paytaxtı olan Rabata yola düşmə, şəhərlə tanışlıq turu, medinanı və bazarlarını ziyarət etmək, hind restoranında şam yeməyi. Mehmanxanada gecələmə.

3-cü gün:
Rabat – Meknes – Volubilis – Fəs
Mehmanxanada səhər yeməyi, sonra Meknes şəhərinə yola düşmək. Roma şəhəri Volubilisin məşhur xarabalıqlarından keçməyi unutmadan Fəsə doğru yola davam.  Mehmanxanada  qeydiyyat və yerləşmə. Şam yeməyi və mehmanxanada gecələmə.

4-cü gün:
Fəs - Marakeş

 Mehmanxanada səhər yeməyi. Fəsin ən qədim mədəniyyət və ruhaniyyət şəhərinə yarım günlük ekskursiya. Şam yeməyi və Mehmanxanada gecələmə.

5-ci gün
Fəs — Marakeş

Marakeşə doğru yola düşmək, Berber kəndi İmmuzar Kandar və İfran şəhərindən keçərək. İstəyə görə yerli restoranda nahar, Marakeşə yolun davamı. Hind restoranında şam yeməyi. Mehmanxanada gecələmə.

6-cı gün
Marakeşdə ekskursiya (istəyə görə)

 Mehmanxanada səhər yeməyi. Böyük bir gün, ölkənin "qırmızı şəhəri"ni və Fəsdən sonra ikinci ən qədim imperiya şəhərini ziyarət etmək. Azad vaxtda nahar, bazarları və sənətkarlar məhəlləsini ziyarət etmək. Tanınmış Cəməa əl-Fna meydanında turun sonu. Günün sonunda mehmanxanaya qayıdış. Hind restoranında şam yeməyi. Mehmanxanada gecələmə.

7-ci gün
Marakeş — Kasablanka hava limanı

Erkən çıxışdan sonra Kasablanka  hava limanına transfer.

Qiymətə daxildir:

- Mehmanxanada gecələmə
- 6 səhər yeməyi (şved masası)
- 2 şam yeməyi  (şved masası və ya 3 növ yeməkdən ibarət menyu)
- 4 şam yeməyi hind restoranlarında
- Transferlər
- Proqramda göstərilən abidələrə və turistik obyektlərə giriş biletləri
- Vergilər və xidmətlər

Əlavə ödənilir:

- Beynəlxalq və daxili uçuşlar
- Sığorta
- Proqramda göstərilməyən yeməklər (bütün naharlar)
- İçkilər
- Əlavə xərclər
- Çaypuluları


Qeyd: Hind restoranlarında olan şam yeməkləri yerli restoranlarda əvəz oluna bilər.

Mehmanxana

3* mehmanxanalar (iki nəfərlik otaqda 1 nəfər üçün) qiymət - 1320 USD-dan başlayır (4 nəfərlik qrup üçün)
4* mehmanxanalar (iki nəfərlik otaqda 1 nəfər üçün) qiymət - 1460 USD-dan başlayır (4 nəfərlik qrup üçün)
 5* mehmanxanalar (iki nəfərlik otaqda 1 nəfər üçün) qiymət - 1620 USD-dan başlayır (4 nəfərlik qrup üçün)

Əlavə məlumat

* Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Xəyalə Tağıyeva

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour2@victorytour.az

(+99450) 2811157

(+99412)4379090

Turlara abunə ol