Möhtəşəm Malayziya - 1695 USD-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  1695 $
  • Tarix:  Yanvar – Dekabr 2026
Sorğu göndərin

*Qrup turu

“Möhtəşəm Malayziya” qrup turu sizi ölkənin ən maraqlı istiqamətləri ilə tanış edəcək. Müasir Kuala-Lumpur, sərin Kameron çay plantasiyaları, rəngarəng İpoh və Penanq adasında istirahət bir səfərdə birləşir. Təbiət, mədəniyyət və rahatlığın ideal vəhdəti.

Kuala-Lumpur (3 gecə) + Kameron (1 gecə) + İpoh (1 gecə) + Penanq adası (2 gecə)

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

TARİXLƏR:

Yanvar 2026: 04.01 – 11.01.2026
Fevral 2026: 06.02 – 13.02.2026
Mart 2026: 08.03 – 15.03.2026
Aprel 2026: 12.04 – 19.04.2026
May 2026: 03.05 – 10.05.2026
İyun 2026: 14.06 – 21.06.2026
İyul 2026: 12.07 – 19.07.2026
Avqust 2026: 09.08 – 16.08.2026
Sentyabr 2026: 13.09 – 20.09.2026
Oktyabr 2026: 11.10 – 18.10.2026
Noyabr 2026: 15.11 – 22.11.2026
Dekabr 2026: 13.12 – 20.12.2026

Turun proqramı:
Gün 1: Kuala-Lumpur
Kuala-Lumpura gəliş, hava limanından mehmanxanaya transfer.
Asudə vaxt.
Axşam saatlarında istəyə uyğun olaraq qonaqlar Vertigo barına müstəqil şəkildə gedə bilərlər.

Nahar: daxil deyil
Şam yeməyi: daxil deyil
Yerləşmə: Ibis KLCC mehmanxanasında və ya analoji

Gün 2: Kuala-Lumpur
Saat 09:30 – Kuala-Lumpur şəhəri üzrə təsviri ekskursiya
Nahar restoranda (qiymətə daxildir).
Axşam saatlarında işıq böcəkləri çayına ekskursiya.
Şam yeməyi yerli kafedə.
Saat 22:30 – mehmanxanaya qayıdış.

Səhər yeməyi: mehmanxanada, daxil
Nahar: daxil
Şam yeməyi: yerli kafedə, daxil (dəniz məhsulları)
Yerləşmə: Ibis KLCC mehmanxanası və ya analoji

Gün 3: Kuala-Lumpur
Batu mağaralarına səfər.
Daha sonra Genting Highlands yüksək dağlıq kurortuna yola düşmə.
Kanat yolu ilə dağın zirvəsinə qalxış və yol boyu Çin məbədinin ziyarəti.
Qonaqlar üçün sərbəst vaxt: outlet mərkəzlərində alış-veriş, uşaqlı ailələr üçün əyləncə parkı, istək üzrə kazino ziyarəti.

Təxminən saat 18:00 – mehmanxanaya qayıdış.
Sərbəst vaxt. Şam yeməyi şəhərin məşhur restoran və ya panoramik barlarından birində tövsiyə olunur (əlavə ödənişlə).

Səhər yeməyi: mehmanxanada daxil
Nahar: daxil deyil
Şam yeməyi: daxil deyil

Qeyd: Genting bölgəsində kazino, ticarət mərkəzi və əyləncə parkı mövcuddur. Kanat yolu istisna olmaqla, digər giriş biletləri daxil deyil.

Yerləşmə: Ibis KLCC mehmanxanasında və ya analoji

Gün 4: Kameron
Kameron yüksək dağlıq bölgəsinə yola düşmə.
BOH çay plantasiyasının ziyarəti və milli çayın dadımı. Yerli qəbilələrin koloritli həyatı ilə tanışlıq.
Yol boyu nahar üçün fasilə (əlavə ödənişlə).
Axşam – mehmanxanada şam yeməyi (qiymətə daxildir).
Asudə vaxt.

Səhər yeməyi: mehmanxanada daxil
Nahar: daxil deyil
Şam yeməyi: mehmanxanada daxil
Yerləşmə: Strawberry Park mehmanxanası və ya analoji

Proqram üzrə giriş biletləri daxildir

Gün 5: Kameron – İpoh
Səhər saatlarında Mamırlı Meşəyə (Mossy Forest) ekskursiya.
Burada çəkilən şəkillər “Avatar” filmini xatırladacaq – unikal flora və fauna ilə zəngin ərazi.
Daha sonra İpoh şəhərinə gediş.
Kelli Qalasının ziyarəti (əfsanəyə görə sahibinin ruhunun yaşadığı sirli bina).
Ardınca Gua mağara məbədləri – təxminən 3 km uzunluğunda möhtəşəm mağaralar kompleksi.

Səhər yeməyi: mehmanxanada daxildir
Nahar: daxil deyil
Şam yeməyi: daxil deyil
Giriş biletləri: Mossy Forest, Gua mağaraları və Kelli Qalası daxil

Yerləşmə: Weil Ipoh mehmanxanası və ya analoji

Gün 6 (Cümə): İpoh – Penanq
Səhər yeməyi.
Buddist mağara komplekslərinə ekskursiya – hər biri fərqli tarix və mədəniyyətə malikdir.

Penanq adasına transfer (təxminən 2,5 saat).
İlk dayanacaq – Malayziyanın ən böyük buddist məbədi.
Daha sonra Penang Hill – adanın ən yüksək nöqtəsi. Buradan şəhər və dənizin möhtəşəm mənzərəsi açılır.
İstəyə uyğun olaraq David Brown panoramik restoranında şam yeməyi.

Mehmanxanada yerləşmə.
Axşam – restoran və Hidden Bars ziyarəti (istəyə bağlı, əlavə ödənişlə).

Səhər yeməyi: mehmanxanada, daxil
Nahar: daxil deyil
Şam yeməyi: daxil deyil
Penang Hill tramvay bileti: daxil
Habitat təbiət qoruğu: daxil deyil (istəyə bağlı)

Yerləşmə: OZO George Town mehmanxanası və ya analoji

Gün 7 (Şənbə): Penanq
Səhər yeməyi.
Penanq şəhəri üzrə təsviri ekskursiya.
Asudə vaxt.

Səhər yeməyi: mehmanxanada, daxil
Nahar: daxil deyil
Şam yeməyi: daxil deyil

Yerləşmə: OZO George Town oteli və ya analoji

Gün 8 (Bazar): Penanq
Səhər yeməyi.
Hava limanına transfer.

Səhər yeməyi: mehmanxanada daxil

Qiymətə daxildir:

- Marşrut üzrə qrup transferləri (standart avtomobil / avtobus)
- Ibis KLCC 4* otelində və ya analoji oteldə yerləşmə
- Strawberry Park 4* otelində və ya analoji oteldə yerləşmə
- Weil Ipoh 5* otelində və ya analoji oteldə yerləşmə
- OZO George Town 4* otelində və ya analoji oteldə yerləşmə
- Proqrama uyğun rusdilli bələdçi ilə ekskursiyalar
- Giriş biletləri
- Milli park rüsumları
- Proqrama uyğun qidalanma

Əlavə ödənilir:

- Proqrama daxil olmayan nahar və şam yeməkləri
- Şəxsi xərclər
- Otellərdə otaq üçün turizm vergisi
 - Sığorta
- Beynəlxalq aviabilet
- Daxili aviabiletlər: Penanq adası – son təyinat məntəqəsi


Əsas qaydalar
Marşrutların çətinlik səviyyəsi: asan
Proqram çərçivəsində avtobusla çoxlu köçmələr nəzərdə tutulur. Yol tutması olan qonaqlara müvafiq dərman vasitələri götürmələri tövsiyə olunur.
Səfər zamanı serpantin yolları, həmçinin Genting və Kameron yüksək dağlıq ərazilərinə qalxışlar olacaq.
Qonaqlar bələdçinin göstərişlərinə əməl etməli və təhlükəsizlik qaydalarına qəti şəkildə riayət etməlidirlər.
Şirkət aşağıdakı hallarda turistləri proqramdan kənarlaşdırmaq hüququna malikdir:
spirtli içkilərdən sui-istifadə edildikdə,
qrup üzvlərinə və ya təşkilatçılara (bələdçilər, sürücülər, reyncerlər) qarşı hörmətsiz davranış olduqda,
kobud və qeyri-etik ifadələrdən istifadə edildikdə.

Bu hallarda tur üçün ödəniş yenidən hesablanmır və geri qaytarılmır.

Marşrut

KUALA-LUMPUR – KAMERON HAYLANDS – İPOH – PENANQ

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Tatyana Romanova

İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis


agent2@victorytour.az

(+99450) 2700064

(+99412) 4379090

Turlara abunə ol