*Qrup turu
Siz nağıla düşməyi arzu edirsiniz?
Avropanın ən füsunkar guşələri üzrə unudulmaz səyahət — Alp mənzərələri, orta əsr şəhərləri və nağıl ab-havası. Bir tur çərçivəsində bir neçə ölkəni kəşf etmək istəyənlər üçün ideal seçimdir.
Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:
*Bron üçün hər bir nəfərdən 50 EUR ödəniş edilir.
Tarixlər:
25.04.2025 – 01.05.2026
25.07.2025 – 31.07.2025
15.08.2025 – 21.08.2025
24.09.2025 – 30.09.2025
Turun proqramı:
1-ci gün: Bratislava – Vyana – Budapeşt
Budapeştdə qrupun qarşılanması. Avtobusla Vyanaya yol. Vyana üzrə piyada ekskursiya. Bratislava istiqamətində hərəkət və tranzit mehmanxanada yerləşmə.
2-ci gün: Zaltsburq
Səhər yeməyi. Avtobusla Zaltsburqa yol. Şəhər üzrə piyada ekskursiya. Almaniyada yerləşən tranzit mehmanxanaya keçid.
3-cü gün: Sürix
Səhər yeməyi. Sürixə yol. Əlavə olaraq Reyn şəlaləsinə ekskursiya imkanı. Sürix üzrə piyada ekskursiya, asudə vaxt. Fransada tranzit mehmanxanada yerləşmə.
4-cü gün: Ansi – Cenevrə
Səhər yeməyi. Cenevrəyə yol. Şəhər üzrə piyada ekskursiya. Asudə vaxt və əlavə olaraq Ansi şəhərinə ekskursiya. Fransada tranzit mehmanxanada gecələmə.
5-ci gün: Bern
Səhər yeməyi. Bernə yol. Piyada şəhər turu. Asudə vaxt və əlavə olaraq Lozanna və Montrö şəhərlərinə səfər. Fransada tranzit mehmanxanada gecələmə.
6-cı gün: Lixtenşteyn – Lauterbrunnen – İnterlaken
Səhər yeməyi. İnterlaken və Lauterbrunnen vadisinə yol. Lauterbrunnen, İnterlaken və Mürrenbah şəlalələri ilə tanışlıq. Almaniyada tranzit mehmanxanada gecələmə.
7-ci gün: Budapeşt
Səhər yeməyi. Avtobusla Budapeştə dönüş. Budapeşt hava limanına transfer.
Qiymətə daxildir:
- Proqrama uyğun nəqliyyat
- 3–4* otellərdə yerləşmə
- Qidalanma (səhər yeməyi)
- Təsviri ekskursiyalar
- Marşrut üzrə tur rəhbəri–bələdçi xidməti
Əlavə ödənilir:
- City tax (şəhər vergisi)
- Check-point
- Əlavə ekskursiyalar
- Konsulluq rüsumu
- Viza mərkəzinin xidmət haqqı
- Sürücülərə çaupulu
- Sığorta
- Aviauçuş
- Viza dəstəyi
Qiymətə daxil deyil:
Check-point
City tax (şəhər vergisi)
Ansi şəhərinə səfər
Lozanna və Montrö şəhərlərinə səfər
Reyn şəlaləsinin ziyarəti
Mürren kəndinə funikulyor və Mürrenbah şəlaləsi
Lixtenşteynə səfər
Əlavə məlumat:
Uşaqlar: 3 – 11,99 yaş
Qiymət DBL + CHLD yerləşmə üçün nəzərdə tutulub
Asudə vaxtda avtobus xidməti göstərilmir
Fövqəladə hallarda tur operatoru ekskursiyaların ardıcıllığını dəyişə və ya eyni dəyərli alternativlə əvəz edə bilər
Tur zamanı hər turist tərəfindən check-point və şəhər vergisinin ödənişi məcburidir
Ölkələr: Macarıstan, Avstriya, Slovakiya, İsveçrə, Fransa, Lixtenşteyn
Tur üçün Fransa vizası və ya digər ölkələrin etibarlı Şengen vizaları tələb olunur.
* Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis
agent2@victorytour.az
(+99450) 2700064
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi