“Qızıl üçbucaq” Hindistan qrup turu – 490 USD-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  6 gün, 5 gecə
  • Qiymət:  490$
  • Tarix:  Oktyabr 2024 - Mart 2025-dək
Sorğu göndərin

Sirli-sehrli Hindistana səyahət etmək arzusundasınız?
Bu arzunu reallaşdırmaq üçün açıq səma altında zəngin muzeyə bənzəyən möcüzələr diyarı Hindistana dəvətlisiniz!

Zəhmət olmasa, turun şərtləri ilə tanış olun:

❗* Minimum 2 nəfərdən başlayan zəmanətli qrup turu 

Turun qiyməti:
İki nəfərlik otaqda bir nəfər üçün  - 550 USD-dan
Bir nəfərlik otaqda bir nəfər üçün- 695 USD-dan
Üç nəfərlik otaqda bir nəfər üçün - 490 USD-dan
 

Turun proqramı:

1-ci Gün : Dehliyə gəliş.
Şirkət nümayəndəsi tərəfindən rusdilli bələdçı ilə aeroportda qarşılama, çiçək çələngləriylə – turistlərlə ənənəvi salamlaşma . Mehmanxanaya transfer, yerləşmə. Dehlidə gecələmə.

2-ci Gün: Dehli- Caypur  (Transfer 260 km - 5 saat)
Səhər yeməyindən sonra ən məşhur görməli yerlər üzrə ekskursiya.
Çəhrayı şəhər kimi də tanınan , Caypura gediş. Mehmanxanaya transfer və gecələmə.

3-cü Gün: Caypur
Səhər Kəhrəba Sarayı olaraq da bilinən Amber qalasına ekskursiya. Daha sonra Caypurun görməli yerləri üzrə ekskursiya, mehmanxanada gecələmə.

4-cü Gün: Caypur – Fatehpur Sikri– Aqra (Transfer 240 km - 05 saat)
Səhər  yeməyindən sonra Aqraya səyahət. Yolda Fatehpur Sikridə dayanacaq,
Daha sonra Aqraya  səfər və mehmanxanaya transfer. Asudə axşam və mehmanxanada gecələmə.

5-ci Gün : Aqra – Dehli  (Transfer 200 km - 04 saat)
Mehmanxanada səhər yeməyi. Tadj-Mahala baş çəkmə və Aqra üzrə təsviri ekskursiya, Agra İstehkamı. Dehliyə gediş, mehmanxanaya transfer, yerləşmə.

6-cı Gün:  Dehli 
Səhər yeməyi. Hava limanına transfer.


Qiymətə daxildir:
- 4* butik mehmanxanalarda ə yerləşmə
- Qidalanma - səhər yeməkləri
- Kondisionerli nəqliyyat xidməti
- Rusdilli bələdçinin xidmətləri
- Amber qalasına fil və ya ciplə səfər
- İngilis/rus dillərində danışan nümayəndənin hava limanında gəliş və gediş zamanı iştirakı
- Vergilər

** 5* mehmanxanalarda yerləşməyə görə əlavə ödəniş - müəyyən tarix üçün müraciət əsasında.

Əlavə ödənilir:
- Şəxsi xərclər
- Aviauçuş 
- Sığorta
- Abidələrə giriş biletləri (+135 USD əlavə ödəniş kimi göstərilir)
-Elektron viza

Marşrut

Dehli  – Caypur – Aqra – Dehli 

Əlavə məlumat

* Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Ülviyyə Hüseynova

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour@victorytour.az

(+99450) 2501157

(+99412) 4379090

Turlara abunə ol