Qrup turu ”Fransa klassika ” – 1260 AZN-dən!

Tur haqqında məlumat

  • Günlərin sayı:  8 gün, 7 gecə
  • Qiymət:  1260₼
  • Tarix:  Mart - Oktyabr 2027
Sorğu göndərin

*Qrup turu

Fransanın gözəlliyini və zərifliyini tam şəkildə kəşf edin! Bu səyahət sizi ölkənin ən məşhur bölgələri ilə tanış edəcək — romantik Paris və möhtəşəm Versaldan başlayaraq, mənzərəli Normandiya, əfsanəvi Luar qalaları və zərif Lion şəhərinə qədər. Siz həmçinin qədim Burj və Dijon şəhərlərini ziyarət edəcək, Elzas bölgəsinin Kolmar və Strasburq kimi rəngarəng şəhərciklərinin gözəlliyindən zövq alacaq, Reymsdə məşhur şampanın dadına baxacaqsınız. Bu tur Fransanın mədəniyyətini, tarixini və dadını hiss etmək istəyənlər üçün ideal seçimdir.

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

Turun başlanğıc tarixi 26.03.2027-ci ildən etibarəndir.
Cümə günlərindən başlayaraq

Turun formatı: 3* mehmanxanalarda gecələmə və rusdilli bələdçi müşayiəti ilə Fransaya ekskursiya turu.

Rezervasiya üçün adambaşına 100 AZN ilkin ödəniş tələb olunur. Bu məbləğ geri qaytarılmır.
Turun tam ödənişi, səfər tarixindən 35 gün əvvəl ödənilməlidir.


Turun proqramı:

1 Gün
Paris hava limanına  gəliş. Bələdçi tərəfindən qarşılama. Şəhər üzrə xülasə ekskursiya. Fraqonar Ətriyyat fabrikinə baş çəkmə, mehmanxanaya transfer və yerləşmə.  Paris mehmanxanasında gecələmə.
2 Gün
Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Arzu edənlər üçün Monmartr rayonu üzrə və Latın kvartalı üzrə ekskursiya təşkil edilir. Günün ikinci yarısında Versala ekskursiya təklif edilir. Paris mehmanxanasında gecələmə.
3 Gün
Mehmanxanada səhər yeməyi. Parisdə asudə gün və ya Normandiyaya əlavə ekskursiya. Onfler şəhərində, şəhər mərkəzi üzrə gəzinti və məşhur sidor və kalvadosun dequstasiyası. Etreta. Axşam, arzu edənlər üçün Mulin Ruj, Lido və ya Paradi kabaresinə baş çəkmə. Paris mehmanxanasında gecələmə.
4 Gün:
Mehmanxanada səhər yeməyi. Luara vadisinə səfər. Şərab dequstasiyası. Burj – tarixi mərkəzi üzrə gəzinti. Burj mehmanxanasında gecələmə.
5 Gün:
Mehmanxanada səhər yeməyi. Liona gediş. Qoca Lion (15-17 əsr) üzrə xülasə ekskursiya. Asudə vaxt. Dijon şəhərinə gediş və ekskursiya. Mehmanxanada gecələmə.
6 Gün:
Mehmanxanada səhər yeməyi. Kolmara gediş. Şəhərdə asudə vaxt. Alzas regionunun mehmanxanasında yerləşmə. Strasburqa ekskursiya – heyran doğurucu gözəl və qədim şəhər. Şəhərin mərkəzi YUNESKO ümumdünya mirasının obyektidir. Mehmanxanaya qayıdış. Mehmanxanada gecə.
7 Gün:
Mehmanxanada səhər yeməyi. Reymsə gediş. Reyms – fransız şampan şərablarının və Şampan regionunun paytaxtıdır – iki minillik tarixə məxsus şəhər. Asudə vaxt. Əlavə ödəmə ilə Şampan şərabının bir neçə növünün dequstasuyası. Parisə gediş. Paris mehmanxanasında yerləşmə. Günün ikinci yarısında Luvra fakultativ ekskursiya. Mehmanxanada gecələmə.
8 Gün:
Mehmanxanada səhər yeməyi. Paris aeroportuna transfer.

Qiymətə daxildir:
– Nəqliyyat xidməti
– Rusdilli bələdçının xidmətləri bütün tur müddətində
– 3* mehmanxanalarda gecələmə
– Səhər yeməkləri əsasında qidalanma
– Paris (2 saat) üzrə ekskursiya
– Lion (2 saat) üzrə ekskursiya
– Burj, Dijon, Reymsə gediş

Əlavə ödənilir:
– Sığorta
– Viza dəstəyi
– Aviabilet
– Viza yığımı
— Viza mərkəzində xidmət haqqı (randevu üçün ödəniş)

Fakultativ ekskursiyalar (əlavə ödənişlə / istəyə görə):

Muzeylərə giriş biletləri
Monmartr ekskursiyası – 70 AZN
Sena çayında gəzinti gəmisi bileti – 30 AZN
Versal ekskursiyası (giriş bileti qiymətə daxildir) – 166 AZN
Gecə meqapolisi / Axşam meqapolisi (və ya Axşam Pariji) ekskursiyası – 80 AZN
Normandiya ekskursiyası (Onflör və Etreta) – 160 AZN
Luara qəsrlərinə giriş biletləri – 30-32 AZN
Strasburq ekskursiyası – 120 AZN
Kolmar ekskursiyası – 40 AZN
Reyms ekskursiyası – 20 AZN

Mütləq ödənilir:

Bütün səfər müddəti üçün qulaqlıqlar – 40 AZN
Otellərdə adambaşına gecəlik vergi – 4-dən 11 AZN-dək
Sürücü üçün çay pulu – 20 AZN

Marşrut

Paris – (Versal) – (Normandiya) – Luar qalaları – Burj – Lion – Dijon – (Kolmar) – (Strasburq) – Şampan Reyms – Paris

4 yaşdan kiçik uşaqlar turun iştirak edə bilməzlər.

Kontinental səhər yeməyi: çay, qəhvə, bulka, kruassan, kərə yağı, cem.

Turun ilk günlərində fakultativ ekskursiyaların keçirilməsi qrupun formalaşmasından və avtobusun yerləşimindən asılıdır, buna görə də yerlərin sayı məhdud ola bilər.
İlk günlərdə ekskursiyalara qatılmaq istəyən turistlərə tur başlamazdan əvvəl bələdçi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Əgər proqramda eyni kateqoriyadan bir neçə otel göstərilibsə, Europe Voyage şirkəti turistin qalacağı oteli seçmək hüququnu özündə saxlayır.
Beynəlxalq sərgilər, olimpiadalar və iri idman tədbirləri zamanı turistlər şəhərətrafı otellərdə yerləşdirilə bilər.
Texniki səbəblərdən ekskursiyaların keçirilmə qaydası dəyişdirilə bilər.
Dövlət bayramları zamanı bəzi muzeylər bağlı ola bilər, belə hallarda şirkət alternativ ekskursiyalar təklif edir.

Qrup transferi yalnız turun başlanğıcı və sonu günlərində həyata keçirilir.
Əlavə gecələr sifariş edən turistlər fərdi transfer bron etməli və ya özləri otelə çatmalıdırlar.
Turun əvvəlində və sonunda keçirilən transferlər zamanı bələdçi xidməti göstərilməyə bilər.
Qrup transferləri zamanı müxtəlif reyslərlə gələn turistlər birləşdirilə bilər, gözləmə müddəti təxminən 2 saat təşkil edir. Reys gecikmələri səbəbilə vaxt dəyişiklikləri mümkündür.
Gediş zamanı da müxtəlif reysli turistlər bir avtobusda birləşdirilir.
Turistlərin hava limanına vaxtında çatmasını təmin etmək üçün transferlər əvvəlcədən həyata keçirilir.
Müəyyən reysə vaxtında çatmaq vacibdirsə, fərdi transfer sifariş etmək tövsiyə olunur.

Turun başlanğıcına gəlməyən və ya birtərəfli qaydada xidmətdən imtina edən turistlərin bütün xidmətləri ləğv olunur və ödəniş geri qaytarılmır.

Mehmanxana

Bütün proqramlarda digər turistlərlə birgə yerləşmə mümkün deyil. Turist tək səyahət edirsə, yalnız SGL yerləşdirmə təsdiqlənir.

Avtobusda yer seçimi üçün əlavə ödəniş:
Avtobusda 1-ci sıra üçün əlavə ödəniş – adambaşına 100 AZN
2-ci sıra üçün əlavə ödəniş – adambaşına 80 AZN
3-cü sıra üçün əlavə ödəniş – adambaşına 60 AZN
İlk üç sıradan başqa digər istənilən sıra üçün əlavə ödəniş – adambaşına 20 AZN
 

Qrup tam formalaşdıqdan sonra yerlər zəmanətli şəkildə təyin olunur.
Birləşdirilmiş ekskursiyalarda (qarışıq qruplarda) eyni avtobusda yanaşı yerlərin verilməsi mümkündür.

Əlavə məlumat

* Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Tatyana Romanova

İşgüzar və İstirahət Turizmi üzrə Aparıcı Mütəxəssis


agent2@victorytour.az

(+99450) 2700064

(+99412) 4379090

Turlara abunə ol