Çinə Zəmanətli tur: İki Paytaxt – 800 USD-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  7 gün, 6 gecə
  • Qiymət:  800$
  • Tarix:   06.09.25 - 12.09.25 / 18.10.25 – 24.10.25
Sorğu göndərin

*Qrup Turu

İki unikal dünyanı kəşf edin – qədimlik və müasirliyin ruhunu birləşdirən səyahət!

Pekin – möhtəşəm tarixi və dərin mədəni ənənələri ilə sizi imperator ehtişamı və Konfutsi fəlsəfəsinin atmosferinə qərq edəcək. Burada zaman sanki yavaşlayır, sizə əsrlərin müdrikliyindən zövq almaq imkanı verir.

Sonra isə – sürətli və dinamik Şanxay! Heç vaxt yatmayan bu şəhər enerjisi ilə heyran edir. Ultra-müasir göydələnlər və küçələrdəki parlaq həyat burada ənənələrlə innovasiyaların görüşdüyü bir mühit yaradır. Burada siz imkanlarla və ilhamla dolu müasir Çinin nəbzini hiss edəcəksiniz.

Buyurun, səyahət paketimizin şərtləri ilə tanış olun:

Turun proqramı:

1 ci Gün: Pekin (3 gecə)
Pekinə gəliş, hava limanında qarşılanma və mehmanxanaya transfer
Yerləşmə (14:00-dan sonra)
“Pekin ördəyi” restoranında nahar.
«Tian’anmen Meydanı və Qış İmperator Sarayı» – bələdçi ilə qrup ekskursiya
Pekində əsas abidələrin ziyarəti (qiymətə qidalanma və dequstasiya daxil deyil)
Sonra məşhur Daşilan küçəsində gəzinti
Mehmanxanaya gəliş və asudə vaxt
Holiday Inn Express Beijing Dongzhimen 4* mehmanxanada və ya bənzərində gecələmə
*Qeyd: Çin bayramları və yay tətillərində Quqon muzeyinə giriş məhdud ola bilər. Belə halda Hutun üzrə rikşada gəzinti təklif edilə bilər.

2 ci Gün:
Səhər yeməyi
«Böyük Çin Divarı (Cüyünguan)» – bələdçi ilə qrup ekskursiya (qiymətə qidalanma və dequstasiya daxil deyil)
Şəhər kənarında çin restoranında nahar.
«Yaz İmperator Sarayı (İheyuan Parkı)» – bələdçi ilə qrup ekskursiya.
Bu saray Çin bağ-bostan sənətinin incisi sayılır (qiymətə qidalanma və dequstasiya daxil deyil)
«2008-ci il Olimpiadası obyektləri» Bələdçi ilə qrup ekskursiya.
Məhz Olimpiya Oyunlarının açılış mərasiminə qədər Pekində xüsusi olaraq 37 obyekt inşa edilmişdir ki, onların hər biri özünəməxsus memarlıq üslubu ilə seçilir. Əsas idman arenalarından biri məşhur 'Quş yuvası' stadionu olmuş, onunla yanaşı 'Su kubu' kimi mühüm tikililər də diqqəti cəlb edir. Ekskursiya qiymətinə giriş biletləri, qidalanma və dequstasiya daxil deyil.
Mehmanxanaya gəliş, asudə vaxt.

3 cü Gün:
Səhər yeməyi
 «Səma Məbədi (TianTan)» – bələdçi ilə qrup ekskursiya. "Tian Tan –Pekinin rəmzlərindən biridir (qiymətə qidalanma və dequstasiya daxil deyil)
Çin restoranında nahar.
«Lamaist məbədi (Yunhequn)» – bələdçi ilə qrup ekskursiya (qiymətə qidalanma və dequstasiya daxil deyil)
Mehmanxanaya dönüş, asudə vaxt.

4 cü Gün:
Səhər yeməyi, otağın təhvil verilməsi
«Heyvanat Parkı və Böyük Panda Evi» – bələdçi ilə  qrup ekskursiya. Pekin zooparkı — şəhərin ən görkəmli məkanlarından biridir və mütləq ziyarət edilməlidir. Burada Çinin rəmzinə çevrilmiş möhtəşəm heyvan — böyük pandanı yaxından görmək imkanı var.
«Çay Mərasimi» – Çin çay mədəniyyətini tanıdacaq üniversal məzmunlu ekskursiya.
Axşam saatlarında dəmiryol stansiyasına transfer və gecə Şanxaya yola düşmə

5 ci Gün – Şanxay (2 gecə)
 Şanxaya gəliş, stansiyada qarşılama
«Xoşbəxtlik Bağı və Şərqin İncisi – Televiziya Qülləsi» – bələdçi ilə qrup ekskursiya.
Şanxay üzrə ekskursiya (qiymətə qidalanma və dequstasiya daxil deyil)
Bund çimərliyi (açıq hava memarlıq muzeyi)
Çin restoranında nahar.
Mehmanxanaya transfer və yerləşmə (16:00-dan sonra)
Asudə  vaxt: Nankinlu küçəsi üzrə sərbəst gəzinti
Şanxayda Kingtown Riverside Hotel Plaza Shanghai 4* / Ocean Hotel Shanghai 4* və ya bənzər mehmanxanada yerləşmə

6 cı Gün:
Səhər yeməyi
«Çjuçiaqiao» – su üzərindəki qədim Çin şəhərinə bələdçi ilə qrup gəzintisi .
Şanxaya qayıdış, asudə vaxt.
İstəyə uyğun – kanal gəzintisi (əlavə ödənişlə)
Şanxay. Xuanpu çayı

7 ci Gün:
Səhər yeməyi (otaqdan çıxış – 12:00)
Şanxay hava limanına transfer (programa daxildir – bələdçisiz, sürücülü)
Vacib məlumat! Pekindən geri uçanlar üçün Şanxay–Pekin marşrutu üzrə transfer və qatar biletləri əlavə ödənişlə təmin olunur. Transfer və qatar biletləri yerli vaxtla saat 18:00-dan sonra olan reyslərə uyğun hesablanıb. Qiyməti bron zamanı dəqiqləşdirin. 

Qiymətə daxildir:

- Mehmanxanada gecələmə
- Proqrama uyğun qidalanma
- Rusdilli bələdçi-sürücü
- Göstərilən görməli yerlərə və muzeylərə giriş biletləri
- Pekin–Şanxay marşrutu üzrə gecə qatarı ilə səfər (4 nəfərlik kupe)
- Proqrama daxil olan transferlər və ekskursiyalar

Əlavə ödənilir:

- Aviabilet (Bakı – Pekin - Şanxay – Pekin)
- Proqrama daxil olmayan əlavə ekskursiyalar

Qiymətə daxil olan ekskursiyalar:

Tiananmen Meydanı və Qış İmperator Sarayı (Qadağan olunmuş şəhər)
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Böyük Çin Səddi (Cüyunquan hissəsi)
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Yay İmperator Sarayı (İxəyuan parkı)
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

2008 Yay Olimpiya Oyunları obyektləri
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Səma Məbədi
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Lamaist Yuŋxeqon Məbədi
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Zoopark və Böyük Panda Evi
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Çay mərasimi
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Şadlıq Bağı və Şərq İncisi Televiziya Qülləsi
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

Çjutszyatszyao su şəhəri
Qrup şəklində, bələdçi ilə kombinə olunmuş ekskursiya

 


Vacib Qeydlər:

Tur proqramında və onun keçirilmə ardıcıllığında dəyişikliklərin edilməsi mümkündür.
Qəbul edən tərəf, özündən asılı olmayan və gözlənilməz hallarla əlaqədar olaraq proqramda dəyişiklik etmək hüququnu saxlayır.
Şirkət eyni kateqoriyalı digər otellərlə əvəzləmə hüququnu özündə saxlayır.
Proqram üzrə qidalanma, rusdilli bələdçi-sürücü, transferlər və ekskursiyalar, göstərilən muzey və abidələrə giriş biletləri, Pekin–Şanxay gecə qatarı ilə (4 nəfərlik kupe) səfər — turun qiymətinə daxildir.
Otelə erkən yerləşmə və hava limanı–otel transferi əlavə ödənişlə həyata keçirilir. 1–3 nəfərlik qrup üçün xidmətin qiyməti 175 ABŞ dollarıdır. Digər yerləşmə variantlarının qiymətini turu bron edərkən dəqiqləşdirin.

Marşrut

Tur marşrutu: Pekin – Şanxay

Viza

Vizasız!

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib

Bizimlə əlaqə saxlayın:

Xəyalə Tağıyeva

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour2@victorytour.az

(+99450) 2811157

(+99412)4379090

Turlara abunə ol