İspaniyanın ən gözəl və tarixi şəhərlərinə səyahət etmək istəyirsiniz?
İspaniya Klassika turu ilə sizə unudulmaz bir macəra təklif edirik!
Bu turda siz Barselonanın zərif arxitekturasını, Madridin gözəlliklərini, Granadanın mistik atmosferini və Valensiyanın qədim və müasir üslubunu kəşf edəcəksiniz. Tur boyunca Saragosa və Kordova kimi tarixlə zəngin şəhərləri də ziyarət edəcək, Toledo və Sevilya kimi UNESCO-nun Dünya İrsi siyahısında olan məkanları görəcəksiniz.
Qeydiyyat üçün tələsin – yerlər məhduddur!
Zəhmət olmasa, turun şərtləri ilə tanış olun:
2025-ci il hər həftənin şənbə günlərindən: (şənbə-şənbə)
Turun tarixləri:
19.04.2025
07.06.2025
12.07.2025
16.08.2025
13.09.2025
04.10.2025
Turun Proqramı:
1-ci Gün:
Barselonaya gəliş. Hava limanında Europe Voyage şirkətinin nümayəndəsi tərəfindən qarşılanma. Şəhər turu. Transfer və Barselonada mehmanxanada yerləşmə. Fakultativ ekskursiya: Gecə Barselonası. Mehmanxanada gecələmə.
2-ci Gün:
Barselona-Saragosa-Madrid
Mehmanxanada səhər yeməyi. Fakultativ ekskursiya: Guell Parkı. Saragosanın mərkəzində qısa gəzişmə və Madridə transfer. Madriddə mehmanxanada gecələmə.
3-cü Gün:
Madrid
Mehmanxanada səhər yeməyi. İspaniyanın paytaxtı üzrə ekskursiya. Azad vaxt və ya ixtiyari olaraq Prado muzeyinə ekskursiya və Flamenko şousuna axşam ziyarəti. Oteldə gecələmə.
4-cü Gün:
(Toledo)-Kordova
Mehmanxanada səhər yeməyi. Fakultativ olaraq Toledo şəhərinə ekskursiya (UNESCO-nun Dünya İrsi siyahısında olan) öz məşhur Katedral kilsəsi, kilsələri və monastırları, yəhudi məhəlləsi ilə. Kastyeliya-La Mança bölgəsi üzərindən Andalusiyaya transfer. Kordovaya gəliş, ərəb xəlifətinin keçmiş paytaxtı: məşhur Məscid-Katedral, Alkasar, yəhudi məhəlləsi, köhnə şəhərin abidələri və küçələri. Kordovada gecələmə.
5-ci Gün:
(Sevilya)
Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Fakultativ olaraq Sevilya şəhərinə ekskursiya, Andalusiyanın paytaxtı. Asudə vaxt və ya fakultativ olaraq Guadalquivir çayı üzərində gəzinti. Kordovaya qayıdış. Mehmanxanada gecələmə.
6-cı Gün:
Granada-(Alhambra)
Mehmanxanada səhər yeməyi.Granada şəhərinə transfer, asudə vaxt və ya fakultativ ekskursiya. (Əgər Alhambra və ya Xeneralife'yi ziyarət etmək mümkün deyilsə, Sevilyadakı Alkasar saray kompleksinə ziyarət edilir). İspaniya üzərindən keçərək Mursiya yaxınlığında mehmanxanada gecələmə.
7-ci Gün:
Valensiya-Barselona
Mehmanxanada səhər yeməyi. Valensiyaya transfer. Şəhərin tarixi mərkəzi üzrə piyada ekskursiya. Barselonaya transfer. Barselona yaxınlığında mehmanxanada gecələmə.
8-ci Gün:
Mehmanxanada səhər yeməyi.. Hava limanına transfer.
_____________________
Qiymətə daxildir:
- 3* mehmanxanalarda gecələmə
- Qidalanma - səhər yeməkləri
- Qrup transferlər
- Rahat avtobusla nəqliyyat xidmətləri
- Bütün tur boyunca rusdilli bələdçinin xidmətləri
- Lisenziyalı rusdilli bələdçi ilə ekskursiyalar: Barselona, Madrid, Valensiya.
- Qrup bələdçisi ilə şəhər gəzintisi: Saragosa, Kordova
Əlavə ödənilir:
- Sığorta
- Aviauçuş
- Viza yığımı
- Viza dəstəyi
Avtobusda birinci sıra üçün əlavə ödəniş 50 EUR / 1 nəfər
İkinci sıralar üçün 40 EUR / 1 nəfər
Üçüncü sıralar üçün 30 EUR / 1 nəfər
Digər sıralar, birinci üç sıralar istisna olmaqla - 10 EUR / 1 nəfərə
***4 yaşdan kiçik uşaqlar turda iştirak edə bilməz
Mütləq olan ödənişlər:
Səfər müddətində qulaqlıqlar 16 EUR
Mehmanxana vergisi
Barselona – Saragosa – Madrid – (Toledo) – Kordova – (Sevilya) – Granada – Valensiya – Barselona
* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib.
İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis
agent2@victorytour.az
(+99450) 2700064
(+99412) 4379090
Təşəkkür edirik
Bizim əməkdaşlar tezliklə sizinlə əlaqə saxlayacaq
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi