İtalyan tətilləri – 510 EURO-dan!

Tur haqqında məlumat

  • Günlərin sayı:  7 gün, 8 gecə
  • Qiymət:  510€
  • Tarix:  03.12.2022 - 04.03.2023
Sorğu göndərin

Hər şənbə günlərindən etibarən!

03.12.2022
31.12.2022
07.01.2023
21.01.2023
11.02.2023
04.03.2023
Yeni il ərəfəsində əlavə ödəniş - 80 EURO

Turun proqramı:

1 gün: Roma
Romaya gəliş. Hava limanında şirkət nümayəndəsi ilə görüş. Otelə transfer. Asudə vaxt.
2 gün: Roma
Səhər yeməyi. Romanın görməli yerləri üzrə gəzinti turu. Ekskursiya gəzintisi zamanı siz görəcəksiniz: Piazza Navona, Panteon, Piazza Venezia, Colosseum, Roma Forumları. Asudə vaxt. Əlavə olaraq "Gecə Roması" ekskursiyası təşkil edilir. Romada oteldə gecələmə.
3 gün: Roma (Neapol, Pompey)
Səhər yeməyi. Asudə vaxt. Əlavə olaraq tam günlük Neapol-Pompey ekskursiyası təklif olunur. Romaya qayıdış. Oteldə gecələmə.
4-cü gün: Roma-Piza
Səhər yeməyi. Rus dilli bələdçi ilə Vatikan muzeylərinə ekskursiya. Müqəddəs Paul Katedrali. Toskana bölgəsinə səfər. İstəyinizlə Piza şəhərinə ekskursiya təşkil oluna bilər. Montecatini - Terme yaxınlığında oteldə gecələmə.
5-ci gün: Florensiya (Siena-San Gimignano)
Səhər yeməyi. Montecatini Terme-də asudə vaxt və ya istəyinizlə, Siena + San Gimignano şəhərinə əlavə ekskursiya. Sienadan San Gimignanoya gedən yolda tipik məhsulları dadmaq, almaq və nahar etmək imkanı ilə Toskana fermasına səfər təklif olunur. Montecatini Terme yaxınlığındakı oteldə gecələmə.
6-cı gün: Florensiya - Veneta
Oteldə səhər yeməyi. Florensiyaya gediş. Rusdilli bələdçi ilə Florensiyanın tarixi mərkəzinə gəzinti turu. Asudə vaxt. Uffizi Qalereyasına əlavə ekskursiya. Günorta Boloniyaya transfer. Asudə vaxt. Veneto regionunda oteldə gecələmə.
7-ci gün: Venesiya
Səhər yeməyi. Venesiyaya səfər - dünyanın ən gözəl şəhərlərindən biridir. Bələdçi ilə şəhərin görməli yerlərini gəzəcəksiniz. Siz Piazza San Marco, Basilica San Marco, Campanile - Venesiyanın ən hündür binasını görəcəksiniz. Əlbəttə ki, qondolları da unutmayın - Venesiyadakı ekzotik nəqliyyat forması. Romaya gediş d/y yaxud avtobus vasitəsi ilə. Oteldə gecələmə.
8-ci gün: Roma
Səhər yeməyi. Hava limanına transfer.
 


Qiymətə daxildir:
- 3* otellərdə gecələmə
- səhər yeməyi əsasında qidalanma (əlavə ödənişlə nahar)
- bütün Fiumicino və Ciampino reysləri üçün qrup transferi
- rahat avtobusda nəqliyyat xidməti
- bütün tur boyu rusdilli bələdçi
- lisenziyalı rusdilli bələdçi ilə ekskursiyalar: Roma, Florensiya, Venesiya, Vatikan
- viza dəstəyi HƏDİYYƏ

Əlavə ödənilir:
- aviabilet
-  qulaqlıqlar
- otel vergisi
- sığorta
- səfirlikdə viza rüsumu
 

Marşrut

Roma - (Neapol, Pompey) - (Piza) - Florensiya - Montecatini Terme - (Siena - San Gimignano) - Florensiya - Veneto bölgəsi - Venesiya - Roma

Əlavə məlumat

* Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
* Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib​

Bizimlə əlaqə saxlayın:

Ülviyyə Hüseynova

İşgüzar və istirahət turizmi üzrə aparıcı mütəxəssis


tour@victorytour.az

(+99450) 2501157

(+99412) 4379090

Turlara abunə ol