Victory Tour şirkətinin xidmətlərindən İstifadə Şərtləri

– Zəhmət olmasa, yazılmış aviabiletin marşrutunun (tarixləri, vaxtları, təyinat yerini), sərnişinin ad və soyadının (pasport ilə), titulunun düzgünlüyünü yoxlayıb, təsdiqləyəsiniz. Hər hansı bir səhv (soyadda, adda, tarixdə, marşrutda və s.) barədə həmin gün deyilmədikdə şirkət heç bir məsuliyyət daşımır.
– Uçuşdan bir iş günü əvvəl biletdə və ya uçuş cədvəlində hər hansı bir dəyişikliyin olub olmamasını öyrənməyiniz tövsiyyə olunur.
– Nəzərinizə catdırırıq ki, qeydiyyat uçuşa 3 saat qalmış başlanır və 60 dəqiqə qalmiş bitir. Sərnişin Hava Limanına və qeydiyyata vaxtında  çatmasına görə məsuliyyət daşıyır. Aviabiletlərdə  bütün göstərilən vaxtlar hər ölkəyə uyğun olaraq yerli vaxtdir.
– Aviabiletdən əlavə, beynəlxalq uçuşlar üçün Siz özünüzlə həqiqi pasportu götürməlisiniz, sərhədini keçdiyiniz və marşrutun son nöqtəsindəki ölkələrin viza, gömrük və tibbi qaydalarına riayət etməlisiniz. Bu qaydalara əməl olunmadığı hallar daşınmadan imtinaya gətirib çıxara bilər. Əmin olun ki, Sizin xarici pasportunuzda viza üçün iki boş səhifə mövcuddur və pasportun bitmə vaxtı geriyə dönüş tarixinə kimi etibarlıdır.
Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılığı barədə 13 avqust 2020-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq, vizadan azad etmə haqqıznda Saziş” qüvvəyə minmişdir. Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməlidirlər: əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.
Əksər dünya ölkələri üçün pasportun bitmə vaxtı ölkədən çıxış tarixindən ən azı 180 gün (ölkədən asılı olaraq) müddətinə qədər etibarlı olmalıdır  (körpələr və uşaqlar da daxil olmaqla). Mövzu üzrə daha dəqiq məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi İnternet səhifəsindən (www.mfa.gov.az) əldə etmək olar. Əlavə məlumat əldə etmək ücün həmçinin www.iatatravelcentre.com səhifəsini də ziyarət etməyinizi məsləhət görürük. Beynəlxalq daşınma qaydalarına görə,  hər bir sərnişin bu və ya digər ölkəyə səfərlərinin qaydalarıyla tanış olmağı barədə  özü şəxsi məsuliyyət daşıyır.
– “Victory Tour” MMC uçuşların həyata keçirilməsinə aid heç bir məsuliyyət daşımır. Hər hansı bir gecikmə, ləğv edilmiş uçuşlar və ya baqajla yaranmış problem barədə istifadə etdiyiniz hava şirkəti nümayəndələri ilə dərhal əlaqə saxlayın.*
– Bizim əsas iş saatlarımız həftə içi hər gün saat 10:00-dan 18:00-a kimi, şənbə günləri isə saat 10:00-dan 16:00-a kimidir. Nəzərinizə çatdırırıq ki, qeyri-iş saatı ərzində qəbul olunan məktublara yalnız növbəti iş günü ərzində cavab veriləcək (bazar günü istisna olunur). Digər saatlarda bəzi şöbə üzrə növbətçilər iş yerində mövcuddurlar.*
– Aviabiletlər daşınma üçün yalnız uçuş marşrutunun ciddi ardıcıllığı hallarında etibarlı hesab olunur. Uçuş marşrutundan qeyri-ardıcıl istifadə aviabiletin növbəti kuponu daşınma üçün etibarsız sayılır.
– Sizin baqajınızda daşınması qəti qadağan olunmuş əşyalar: Radioaktiv maddələr, Qaz, Partlayıcı maddələr, Fişəng, Zəhər, Paslanmaya meylli maddələr, Maqnitlər.

Baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar :Təchizat, Soyuq silah, Odlu silah. Baqaja təhvil verilməsinə və ya daşınmasına icazə verilən əşyalar: ətirlər, aerozollar, kibrit, alışqanlar.
Təhlükəli əşyaların təyyarənin göyərtəsinə keçirilməsi qeyri-qanuni hesab olunur və qaydaları pozan şəxslər ittiham və cərimə oluna bilərlər.
– Müşayiət olunmayan uşaqlar daşınarkən, uşağın daşınmasına dair onun valideynlərinin (və yaxud himayədarının) standart formada olan ərizəsi doldurulmalı və həmçinin həmin ərizə rəsmi qaydada notarial kontorda təsdiq olunmalıdır. Ərizə hər iki valideyin və ya uşaqın himayədarları tərəfindən imzalanmalıdır. Müşayiət olunmayan uşaqların daşınmasına görə, yaşlı sərnişinin normal tarifinin 100%-lik ölçüsündə haqq alınır. Müşayiət olunmayan uşaqlar təsdiq olunmuş statuslu aviabilet və daşıyıcının əvvəlcədən verdiyi razılığı olduğu təqdirdə daşınmaya buraxılır. Müşayiət olunmayan uşaqlar hava limanına, hava gəmisinin uçuş anına qədər hava limanında olmalı, valideynin və ya himayədarın müşayiəti altında gəlməlidir. Valideynlər və ya himayədarlar müşayiət olunmayan uşağı marşrutun son nöqtəsindəki hava limanında qarşılamalıdırlar. Müşayiət olunmayan uşaqların daşınmasına görə heç bir güzəşt tətbiq olunmur. Yalnız bir valideyin ilə səyahət edən uşaqlar üçün ( 18 yaşa catmamiş uşaqlar ücün)  digər valideyndən rəsmi qaydada notarial kontorda təsdiq olunmuş etibarnamə tələb olunur.
– Hamilə qadının, zahının və ya təzə doğulmuş körpələrin daşınması aviabileti əvvəlcədən təxsis edərkən və aviabilet əldə edilərkən əvvəlcədən aviaşirkətlə razılaşdırılmalıdır. Hamilə qadın, hava nəqliyyatı ilə daşınma anında özünün və körpənin əhvalına əsaslanaraq, hava nəqliyyatından istifadə etmək imkanını və öz sağlamlığına və gələcək və ya yeni doğulmuş körpənin sağlamlığına qarşı mümkün təhlükə riskini özü müəyyən edir.
Aşağıdakı hallarda əksər avia şirkətlərin reysləri ilə daşınmasına icazə verilmir:

∙ hamiləlik müddəti 32 həftədən artıq olan hamilə qadınlar (digər həftələrdə isə həkimdən arayiş tələb olunur)
∙ 7 gün əvvəl doğmuş qadınlar.
Doğulduğu 7 gündən artıq olan yeni doğulmuş körpələr əksər aviaşirkətlərin reyslərində daşınmağa müəyyən olunmuş qaydada anasının, atasının və ya körpəyə görə cavabdehlik daşıyan yaşlı sərnişinin müşayiəti altında daşınmaya qəbul edilir.
– “Buta Airways”, “Wizz Air”, “Pegasus”, “Ukraine international Airlines”, “Air Baltic” və s. tipli aşağı büdcəli (Lowcoster) aviaşirkətlərinin xidmətlərindən istifadə  və sifariş vermə zamanı, aviabiletin və baqajın qeydiyyatı, təyyarədə yerlərin verilməsi  şərtləri, adi reys aviaşirkətləri tərəfindən təqdim edilən xidmətlərdən fərqlənir. Aviabiletlərin və baqajın qeydiyyatı, həmçinin təyyarədə yerlər və təyyarənin içində qidalanma ödəniş əsasında verilir.
Qeydiyyat zamanı əlavə ödəniş (bəzi aviaşirkətlərdə qeydiyyat əlavə ödənişlə həyata keçirilir) və ya normadan artıq satışla (overbook) rastlaşmamanız üçün online qeydiyyat etməniz məsləhət görülür.

Əl yükünün daşınması üçün başqa məhdudlaşdırıcı şərtlər qüvvədədir. Aşağı büdcəli aviaşirkətlərin əksəriyyəti üçün ödənişsiz baqajın  norması 10 kq-a qədər təşkil edir, ölçüləri isə 55x35x20 ötməməlidir. Turizm sığortasının qaydalarıyla tanış olmaq üçün,zəhmət olmasa aşağıda qeyd olan istinaddan istifadə edin: goo.gl/xdKeAG  Baqajın və sərnişin daşınmasının ümumi qaydalarıyla tanış olmaq üçün Sizə www.iata.com saytına müraciət etməyi məsləhət görürük.