Sentyabrın 22-də Bakıda yerləşən Sumakh restoranında Victory Tour, MSC Cruises və PAC Group kimi turizm bazarının aparıcı şirkətlərinin təşkilatçılığı ilə korporativ müştərilər üçün biznes səhər yeməyi keçirilib.Tədbirin əsas məqsədi MSC Cruises-in dünya miqyasında tanınan laynerlərində korporativ tədbirlərin və təşviqedici səfərlərin keçirilməsi üçün unikal imkanların təqdim olunması idi. Qonaqlara dəniz kruizi şəraitində qrup səfərlərinin təşkili və innovativ tədbir formatları barədə ətraflı məlumat verilib. Kruiz laynerlərində korporativ tədbirlərin təşkili Azərbaycanın turizm bazarı üçün maraqlı və yenilikçi bir addımdır.MSC Cruises — lüks laynerlərə və müxtəlif marşrutlara malik, qrup və korporativ səfərlər üçün xüsusi imkanlar təqdim edən dünyaca məşhur kruiz şirkətidir. Biznes səhər yeməyinin qonaqları üçün təqdimatı Victory Tour şirkətinin həmtəsisçisi cənab Vüsal Hacıyev və MSC Cruises şirkətinin əməliyyat direktoru cənab Anjelo Kappurro təqdim ediblər. PAC Group şirkətinin baş direktoru cənab İlya İtkin də açılış nitqi ilə çıxış edib. Tədbir iştirakçılar arasında böyük maraq doğurub və korporativ tədbirlərin kruiz formatında təşkili üçün bu yeni, unikal imkanların aktuallığını və tələbatını təsdiqləyib.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi