Növbəti nailiyyət - Victory Tour şirkəti “Dayaq” mükafatına layiq görüldü!
16 dekabr 2024-cü tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlıq sahəsində fərqlənən biznes təmsilçiləri üçün “Dayaq” mükafatının təqdimat mərasimi baş tutdu. Tədbirdə uğur qazanmış şirkətlərə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı verildi. Rəmzi məna daşıyan və dövlətin sahibkarlara daim dayaq və dəstək göstəricisi olan “Dayaq” mükafatı “Turizm” nominasiyası üzrə “Victory Tour” şirkətinə təqdim edildi. Belə bir mükafatın təsis olunmasında məqsəd illər ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən və xidmətlər təklif edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.
Ölkənin aparıcı və peşəkar turizm şirkətlərinin siyahısına daxil olan “Victory Tour” artıq 20 ildir ki, korporativ və fərdi müştərilərə yüksək keyfiyyətli turizm xidmətləri göstərir.
Fəaliyyətimizin dövlət qurumları tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün böyük qürur və məsuliyyətdir.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi