BƏƏ-nə səyahət edən turistin öhdəlikləri

Viza almaq üçün turistin xarici pasportu və şəxsiyyət vəsiqəsi, eləcədə bu anketi dolduran məsul şəxsin (turistin qarantısi) şəxsiyyət vəsiqəsi tələb olunur.
Əgər turist  BƏƏ-də 30 gündən artıq qalarsa (xəstəxanada qalmaq və məhkəmə öhdəlikləri çıxmaq şərtilə), həmin turist BƏƏ-də qanuna əsasən qaldığı əlavə birinci günə görə 56 ABŞ dolları (200 dirhəm), qalan hər bir günə görə isə 28 ABŞ dolları (100 dirhəm) məbləğində cəriməni nəğd pulla ödəməlidir.
Turist BƏƏ-nin viza rejimini pozduğu halda, geri qayıtdığı zaman, o və ya bu sənədi imzalayan qarant, BƏƏ-nin migrasiya xidmətinin tələbinə əsasən, viza xid­mətini göstərən “VictoryTour” şirkətinə 3000 AZN (üç min AZN) məbləğində cərimə odəmək məsuliyyətini daşıyir. Əgər turist BƏƏ-ni tərk edibsə, o zaman turist,  adını sistemdən sildirmək üçün 41  ABŞ  dollar ödənişini öhdəsinə götürür. BƏƏ-nin miqrasiya xidməti istənilən səbəblərdən (səbəb açıqlanmır) viza açılmasına rədd cavabı verərsə və ya sərnişinin özü vizadan imtina edərsə, vizanın açılması üçün ödənilən rüsum geri qaytarılmır.

 

Turlara abunə ol