Haqqımızda

Haqqımızda

Victory Tour şirkətinin təqdimatı və tarixi

Victory Tour şirkəti 2005-ci ildə turizm sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yaradılmışdır.
Bu gün, “Victory Tour” korporativ və fərdi müştərilərə yüksək keyfiyyətli xidmət təklif edən Azərbaycanın ən aparıicı və peşəkar səyahət agentliklərindən biri hesab edilir. Şirkətin həm Azərbaycanda, həm də xaricdə aviaşirkətlər, səfirliklər, mehmanxanalar, sığorta şirkətləri kimi turizm biznesinə aidiyyatı olan sahələrdə partnyorlarla sıx əlaqələri vardır ki, bu da bizim sifarişçilərimizə xidmətlərin geniş çeşidini təklif etməyə imkan verir.
“Victory Tour”-un mərkəzi ofisi, beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun olaraq fəaliyyət göstərir və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA kod 61-320 475) tərəfindən akkreditə olunmuşdur. “Victory Tour”-un turizm xidmətləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən №040738 lisenziya əsasında fəaliyyət göstərir.
Şirkət “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən verilən US/ADS-0092 nömrəli uyğunluq sertifikatına sahibdir. 2011-ci ildə şirkət beynəlxalq menecment standartlarına uyğun olaraq sertifikatlaşdırılmışdır. Həmin il “Victory Tour” Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Milli Turizm Mükafatı mərasimində “Xarici turizm üzrə ən yaxşı turoperator” adını qazanmışdır.  Victory Tour  şirkəti,  Azərbaycanda işgüzar turizmin inkişafında göstərdiyi  xidmətlərə görə, Turizm üzrə Dövlət agentliyi, Azərbaycan Turizm Bürosu və  Azərbaycan Konqres Bürosu tərəfindən  təşəkkürnamə Sertifikatına və biznes tədbirlərinin ən yaxşı təşkilatçısı kimi  “1st Azerbaijan Tourism Awards" Mükafatına layiq görülmüşdü. Həmçinin “Victory Tour” Azərbaycan Turizm Assosiyasiyasının (AzTA), Turizm Agentlikləri Assosiasiyasının( ATAA) və Azərbaycan Konqreslər Bürosunun üzvüdür (AzCB).

Şirkət müştərilərinə səyahət xidmətlərinin tam çeşidini təklif edir:

  Aviabiletlərin sifarişi
✓ Otel sifarişi
 Transfer sifarişi
 Turların təşkili (ekskursiya, müalicə-sağlamlıq, bal ayı, qış turizmi, uşaqlar üçün yay düşərgələri, və s.)
 Xaricdə və ya Azərbaycanda qrup və fərdi turların təşkili
 Viza dəstəyi xidməti
 Korporativ tədbirlərin, konfransların təşkili
 Yük daşıinmaları
 Çarter reyslərinin təşkili

Şirkətin işçi personalı və şöbələri

Şirkətimizdə peşakar işçilər çalışır, bu öz növbəsində müştərilərə daha yüksək servis gostərmək imkanı yaradır. İşçi seçimi bir çox peşəkar və mənəvi meyarlar əsasında qurulur, bu mütəşəkkil işçilərin vahid komandasının yaradılmasında mühüm rol oynayır. İşçilərin yüksək peşəkarlığı müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə imkan yaradır. Şirkətdə altı şöbə fəaliyyət göstərir:

✓ İşgüzar və istirahət turizmi üzrə department
✓ Daxili turizm departamenti
✓ MİCE departamenti
✓ Biznesin inkişafı və marketinq departamenti
✓ Mühasibat
✓ Turizm xidmətlərinin təşkili departamenti

“Victory Tour” Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin aviabiletlərinin satışını təşkil edir. Şirkətin aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri beynəlxalq bronlaşdırma sistemi kurslarını (Amadeus, Qabriel, Qalileo) keçmiş mütəxəssislərdir.
Victory Tour Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin rəsmi agentidir. Victory Tour-un Azerbaijan Airlines, Lufthansa German Airlines, Austrian Airlines, Turkish Airlines, Özbəkistan Hava Yollari, Qatar Airways və digər yerli və xarici aviaşirkətlərlə birbaşa müqaviləsi var.
Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətin qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir. Şirkətdə yalnız daimi müştərilərə xidmət göstərilməsi üçün korporativ şöbə yaradılmışdır. Korporativ müştərilər üçün şirkət həm korporativ güzəştlər, həm də bonus proqramları təqdim edir (bura pulsuz bilet, otellərdə pulsuz qalma və diqər qüzəştli xidmətlər daxildir).

Turizm xidmətləri 

Turizm şöbəsinin bütün agentləri dünya üzrə otellərin bronlaşdırılması, VIP xidmətlər, avtomobil icarəsi, idman və digər kütləvi tədbirlərə biletlərin təşkil edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərdir. Victory Tour otellərlə, turoperatorlarla birbaşa əlaqə qurur, bu da öz növbəsində müştəriyə maksimal dərəcədə turizm xidmətləri göstərməyə imkan verir. Victory Tour onlayn sistemlərdən istifadə edərək dünya üzrə 50 000-dən artıq otellərdə otaq bron etməyə qadirdir. Bu sistem müştərinin qiymət, «ulduzların sayı», komfort, göstərilən xidmət, yerləşdiyi yer və s. tələblərini nəzərə almaqla praktik olaraq dünyanın istənilən nöqtəsində mehmanxana seçməyə imkan verir. Daxili turizm şöbəsinin menecerləri müştərilərimizə Azərbaycan daxili müxtəlif növ turlar və çoxlu sayda otellərdə yerləşmə təklif edirlər.

Biznes turizm / MICE

Müasir biznes ilk növbədə yüksək rəqabətə qalib gələcək və şirkəti uğura apara biləcək güclu işçi komandasıdır. MICE – tərəfdaşlar və müştərilər, həmçinin şirkətin təqdimatı, onun dəyərləri, fəlsəfəsi, daxili və xarici müştərilər üçün imkanlarının inkişafı, motivasiya və təlimə yönəldilmiş fəaliyyətidir. Victory Tour biznes səyahət xidmətlərinin tam dövrəsini: aviabilet, qatar biletləri, viza dəstəyi, sığorta, transfer, otel rezervasiyası, Azərbaycanda və xaricdə korporativ tədbirləri həyata keçirir. Korporativ tədbirlərin təşkil olunması hər bir şirkətin fəaliyyətində mühüm rol oynayır. Biz hər hansı bir tədbirin təşkili üçün, bütün ilkin işləri öz boynumuza götürürük: iştirakçıların tərkibinin təhlili, coğrafi ərazi, hotel və proqram seçimi, bir sıra alternativ variantlar və onların arasından seçib ən yaxşısını təklif edirik.

Azərbaycanda Viza / Nəqliyyat Xidmətləri ​

Victory Tour müştərilərə aşağıdakı xidmətləri təklif edir:

– Azərbaycanda əcnəbilər üçün dəvətnamə məktublarının hazırlanması.
– Azərbaycan Respublikasına E-Visa (elektron viza)
– Əcnəbilərin Azərbaycanda Miqrasiya qeydiyyatından keçməsi.
– H.Əliyev adına hava limanı və digər ölkələrin hava limanlarında VİP-xidmətin göstərilməsi (110-a yaxın dünya hava limanlarının 150-ə yaxın VİP gözləmə otaqları). Victory Tour həmçinin Sizə və Sizin qonaqlarınıza qarşılama və yola salma xidmətlərini təqdim edir.
– Maşınların və avtobusların icarəsiı. Qrup və individual transferlər.

Şirkətin prinsip və məqsədləri

Victory Tour şirkətinin əsas missiyası - professional bilik və bacarıqlarımızdan istifadə edərək müştərilərimizə lazımıi xidmətləri təşkil etməkdir. Şirkətin qələcək 5 ilə qoyduğu məqsəd – davamlı inkişaf və Azərbaycanın ən yaxşı səyahət agentliklərindən biri statusunu qazanmaqdır.

Prinsiplər:

– düzgünlük və ədalət
– bizim güvvəmiz birliyimizdədir
– hər bir işdə profesionallıq

Məqsədlər:

– gündən-günə yaxşı olmaq
– müştərilərdən yalnız müsbət rəylər almaq
– şirkətin inkişafi və böyüməsinə nail olmaq

Bu prinsiplər əsasında, Victory Tour şirkəti, öz müştərilərinin hər birisi ilə əlaqələrini qurur. Victory Tour şirkəti ilə əməkdaşlıq etmək istəyən şirkətlər və müştərilər bizimlə əlaqə saxlaya bilər:

Bizimlə əlaqə saxlayın:

Səlimə Vəlizadə

İcraçı direktor


ed@victorytour.az

(+99450)2951153

(+99412)4379090

Turlara abunə ol