Faydalı əlaqə nömrələri:
✓ Hava limanının sorğu bürosu 497 27 50 / 497 27 96
✓ Hava limanının kоmmutatoru 497 26 00
✓ Ground Handling Company-nin kommutatorları 497 28 41 / 497 27 64 / 497 27 83
✓ Sərhəd nəzarəti xidməti 497 28 85 / 23 17*
✓ Gömrük 497 27 77
✓ Polis 497 27 89 / 497 81 17
✓ VIP zal 497 26 13
✓ CIP val 497 27 92
✓ Yük anbarı 497 28 88
✓ Tibb məntəqəsi 30 77*
✓ Baqajın axtarışı 30 06* / 30 14*
✓ Baytarlıq nəzarəti 24 25*
✓ Ana və uşaq otağı 20 51*
✓ Mehmanxana (аdministrator) 20 43*
* dördrəqəmli daxili nömrələr 497 26 00 kommutatoru vasitəsilə yığılır
Hava limanı
Hava limanı hava gəmilərinin qəbulu və yola salınması və hava daşınmaları xidməti üçün nəzərdə tutulan tikinti kompleksidir. Hava limanı strateji obyekt olduğundan, orada sərhəd xidməti, gömrük, MTN, eləcə də uçuşların təhlükəsizliyi xidmətləri kimi dövlət orqanları fəaliyyət göstərir. Bu orqanlardan hər biri öz qanunları, qayda və təlimatları ilə ayrıca struktur hesab edilir. Həmin qanun və təlimatlar barədə bilgi sizə bu xidmətlərdən keçən zaman yarana bilən anlaşılmazlıqlardan qaçmağa icazə verir.
Bu xidmətə həmçinin aerovağzalın işini tənzimləyən xidmətlər, eləcədə hava gəmilərinin qəbulu və yola salınmasına görə cavabdehlik daşıyan xidmətlər daxildir.
Gömrük
Sərnişinin hava limanında uçuş zamanı qarşılaşdığı ilk xidmət Azərbaycan Respublikasının Dövlət Gömrük xidmətidir. Bu xidməti keçərkən nəyi bilmək lazımdır?
Gömrüyün əsas fəaliyyəti, məlum olduğu kimi, daşınması qadağan edilən əşyaların qaçaqmalçılıq yolu ilə daşınması üzərində nəzarət, eləcə də Respublika ərazisinə daxil edilən mallardan rüsumun tutulmasıdır. Valyuta və pul vəsaitlərinin Respublikadan aparılması zamanı bizim qanunla müəyyən edilmiş qaydalara riayət etməyimiz lazımdır. Gömrük nəzarət-keçid məntəqəsinin qarşısında sərnişinin bəyannamələrin doldurulma qaydaları ilə tanış ola bildiyi, eləcə də üç dildə olan təmiz bəyannamə blanklarını doldurmaq üçün əldə edə bildiyi DGK tərəfindən quraşdırılmış məlumat lövhələri mövcuddur.
Verilən bəyannaməni doldurduqdan sonra sərnişinin çemodanlarının içərisindəkilərin yoxlanması üçün öz əşyalarını monitor lentinə qoyduğu gömrük nəzarəti məntəqəsindən keçmək lazımdır. Belə məntəqələrdə quraşdırılmış xüsusi apparatura çantada olan qızıl və zərgərlik məmulatlarının, həmçinin mədəni sərvətlərin olmasını monitorda göstərir. Sərnişinin özünündə xüsusi metal axtarıcısı ilə yoxlandığı monitordan keçdikdən sonra pasport və bəyannamə ilə birgə müfəttişin müvafiq sənədləri yoxladığı gömrük piştaxtasına yaxınlaşmağı gərəkdir. Müfəttiş elan ediləsi mal və valyutaların rüsumu barədə maraqlanır ki, bundan sonra əgər sərnişinin elan ediləsi heç nəyi yoxdursa, dövlər gömrüyü tərəfindən yoxlama başa çatır. Əgər pulun məbləği rüsumsuz daşınma həddini aşarsa, onda sərnişin gömrük komitəsinin kassasına yaxınlaşır, müəyyən məbləği daxil edir və buna əsasən çek alır.
Ölkəyə uçuş
Azərbaycana daxil olarkən gömrük nəzarətindən keçid üçün iki kanallı sistem fəaliyyət göstərir. Bunlar qırmızı və yaşıl adlanan dəhlizlərdir. Bu sistem ölkəyə daxil olarkən gömrük prosedurlarından keçidi sadələşdirmək üçün yaradılmışdır. Bu sistemin mənası o deməkdir ki, əgər sərnişinlərdə mütləq bəyannamə edilməsi lazım olmayan mallar (yəni məbləği 1000 ABŞ dollarından çox olmayan və çəkisi 50kq-dan artıq olmayan) yoxdursa, onda siz gömrük nəzarəti və monitorunun olmadığı yaşıl dəhlizdən istifadə edə bilərsiniz. Əks təqdirdə sərnişin nəzarət keçidinin düz qarşısındakı məlumat məntəqələrindən əldə edə bildiyi gömrük bəyannaməsini doldurmalı və qırmızı dəhlizdən keçməlidir. Hava limanlarında bu dəhlizlər döşəmədə qırmızı və yaşıl zolaqlarla, eləcə də birinin üzərində qırmızı hərflərlə “Mütləq bəyannamə olunmalı olan mallar üçün qırmızı kanal” və yaşıl hərflərlə isə “Mütləq bəyannamə olunmamalı mallar üçün yaşıl kanal” sözləri yazılan məlumat lövhəsi ilə qeyd edilmişdir.
Bu sistem sərnişinlərin düzgünlüyünə əsaslanır, lakin seçimin könüllü olmasına baxmayaraq, gömrük orqanları əməkdaşlarının istənilən sərnişini dayandırmaq və onun gömrük yoxlamasını həyata keçirmək hüququ vardır. Bakı şəhərinin hava limanında bu, daha çox Dübay və Urumçidən ölkəyə uçuş zamanı baş verir. Yadda saxlamaq lazımdır ki, ölkəyə daxil olan hər bir sərnişin öz əməllərinə görə Azərbaycan Respublikasının qanunları qarşısında cavabdehdir. Əcnəbilər üçün gömrükdən keçid qaydaları Azərbaycan vətəndaşları üçün olan qaydalarla eynidir. Əgər sərnişinin üzərində bəyannamə olunmalı mallar varsa, onda o, gömrük nəzarəti keçidinin düz qarşısındakı məlumat lövhəsində gömrük bəyannaməsi blankını əldə edə, onu doldura və gömrük nəzarətindən keçə bilər. Əgər qonaq ölkəyə uzun müddətə gəlməmişdirsə, onun üzərində özü ilə aparacağı böyük məbləğdə nəğd pul varsa, оnda o, mütləq həmin pulları bəyannamə etməli və gömrük xidməti müfəttişinin möhürü ilə təsdiq etməlidir. Verilmiş bəyannamə mütləq sərnişinin uçub yola düşməsinə qədər saxlanmalıdır, belə ki yalnız onu təqdim etməklə sərnişin hər hansı rüsumu ödəmədən öz pullarını apara bilər. Gömrük prosedurlarının tənzimlənməsi qaydaları barədə daha ətraflı məlumatı Siz bu linkdə əldə edə bilərsiniz : http://www.az-customs.net/rus/of1.htm
Biletlərin və baqajın qeydiyyatdan keçirilməsi
Biletlərin və baqajın qeydiyyatı ilə adətən aviaşirkətin öz işçiləri məşğul olurlar. Bakı şəhərinin hava limanında bütün iri aviaşirkətlərin hamısının qeydiyyat üçün öz agentləri vardır. Avstriya hava yolları-Lyufhanza, Britiş Eyrveyz kimi aviaşirkətlər özləri biletlərin və baqajın qeydiyyatını aparırlar. Digər aviaşirkətlər, o cümlədən Azal bunun üçün yerüstü yolları xidməti göstərən şirkətlərin agentlərini cəlb edirlər. Bizim hava limanında yerüstü yolları xidməti göstərən şirkətin funksiyalarını Ground Handling Company (GHK) həyata keçirir. Siz bu xidmətin əməkdaşlarını onların uniformalarına tikilmiş GHK loqotipindən tanıya bilərsiniz. Yerüstü yolları xidməti göstərən şirkət, biletlərin qeydiyyatı ilə yanaşı, həm də təyyarələrin yerüstü xidməti ilə məşğul olur. Sərnişinləri təyyarəyə, traplara daşıyan avtobuslar , baqajın xüsusi maşınlarda çatdırılması, yükvuranlar-bütün bunlar GHK işinin elementləridir.
Öz biletini və baqajını qeydiyyatdan keçirmək üçün sərnişin sənədləri ilə birgə (pasport və bilet) qeydiyyat piştaxtasına yaxınlaşmalı və verilmiş sənədləri qeydiyyatçıya təqdim etməlidir. Qeydiyyatçı sərnişindən əşyaları xüsusi lentin üzərinə qoymağı xahiş edir, bu lent həmçinin elektron tərəzidir. Sərnişinin əşyaları iki kateqoriyaya bölünür: qeydiyyatdan keçirilmiş baqaj və qeydiyyatdan keçirilməmiş baqaj. Qeydiyyatçı sizin adınızı sistemə daxil etməklə sizin bronunuzu tapır, sizi qeydiyyata salır, birinci uçuş kuponunu biletdən ayırır, baqajın sayını və çəkisini sistemə daxil edir, bundan sonra isə sistem baqaj birkasını və minik talonunu verir. Baqaj birkasının böyük hissəsi baqaja yapışdırılır. Sərnişinin biletinə birkanın kiçik hissəsi yapışdırılır ki, bunun da üzərində sərnişinin adı, soyadı və atasının adının baş hərfləri, eləcə də baqajın eynilik nömrəsi əks olunur. Həmin məlumatlar birkanın böyük hissəsindədə yerləşir. Sərnişinin biletinin üzərindəki baqaj birkası sərnişinin baqajı daşıyıcıya verdiyinin yeganə sübutu və şahididir. Buna görə verilən birkanı itirmək olmaz. Hər baqaj yerinə üzərində latın hərfləri ilə öz soyad, ünvan və telefon nömrəsini göstərməklə adlı birka yapışdırmaq tövsiyyə olunur. Əgər baqaj itərsə, verilən birka, baqajı tez bir zamanda tapmağa kömək edə bilər. Baqajın daşınma normaları aviaşirkət tərəfindən müəyyən edilir.
Sərnişin özü ilə çəkisi 5 kq-dan artıq olmayan əldə götürülən ayrıca şəxsi istifadə əşyalarını (çantalar, portfellər, noutbuk) daşıya bilər. Göstərilən əl əşyaları xüsusi birka ilə markalanır və bəzi şəxsi istifadə əşyaları (çətir, kitablar, fotoaparat, videokamera, uşaq arabası, əlil arabası, və s.) ilə yanaşı daşınmaq üçün ödənişsiz hesab edilir. Baqajın ödənişsiz daşınması üzrə müəyyən edilmiş norma həddini ötən istənilən baqaja görə müvafiq baqaj tarifinə əsasən ödəniş həyata keçirilir. Baqaj qismində 30 kq-dan və ölçüləri (0.5 Х 0.5 Х 1,0) artıq olmayan yerlər nəzərdə tutulur. Əgər baqaj göstərilən həcmi aşırsa, onda o, yük hesab edilir və göstərilən yerlərin qəbulu üzrə müvafiq qaydalar dəyişilir. Baqaj birkası ilə yanaşı qeydiyyatçı sərnişinə təyyarəyə faktiki olaraq buraxılış talonu hesab edilən uçuş talonu verir. Talonda təyyarədəki yer, reys, çıxış üçün nömrə göstərilir. Qeydiyyatdan keçərkən sərnişin qeydiyyatçıdan təyyarədə müəyyən yerin verilməsini tələb edə bilər. Təyyarədə ən uğurlu yerlər fövqəladə çıxışın (emergency exıt) bilavasitə yanındakı yerlər hesab olunur, belə ki bu cür çıxışın qarşısında oturacaqlar olmur və sərnişin sərbəst şəkildə ayaqlarını uzada bilir. Əgər sərnişin balaca uşaqlarla uçursa, bəzi təyyarələrdə uşaqlı analar üçün xüsusi yerlər mövcuddur. Birinci və biznes sinif sərnişinlər növbəsiz olaraq və ya ayrıca piştaxtalarda qeydiyyatdan keçirlər və Business Lounge xüsusi zalının xidmətlərindən istifadə edirlər.
Bir qayda olaraq, nəzərə almalısınız ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Əgər sərnişin qeydiyyata gecikibsə, 40 dəqiqədən az beynəlxalq uçuşa və 30 dəqiqədən az vaxtda daxili uçuşa qədər, yaxud düzgün tərtib olunmamış sənədlərlə, aviaşirkət onun uçuşunu qəbul etməyib, sifariş verilmiş rezervasiyanı ləğv etmək hüququna malikdir. Eləcə də bilmək lazımdır ki, qeydiyyat zamanı sərnişin üçün xidmətin sinifi dəyişdirilə bilər. Bu, o halda edilir ki, tutaq ki, ekonom sinifdə yer olmayan sərnişinləri biznes sinifə əyləşdirirlər və ya əksinə, biznes sinif sərnişinləri yerlərin tam dolması səbəbindən, ekonom sinif salonunda əyləşdirirlər, bu zaman daşıyıcı aviaşirkət biznes sinifə görə artıq ödənilmiş məbləğin fərqini geri qaytarmalıdır. Belə olan halda uçuşda müxtəlif yığımların (MSO) qəbzi Downgrade qeydi ilə sənədləşdirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, bəzi xüsusi yüklənmiş uçuşlarda aviaşirkət tərəfindən yerlərin təkrar satışı baş verir və sərnişinlər uçuşa gəldiyi halda onlara həmin yerlər çatmır. Bu cür qayda pozuntularından qaçmaq üçün yaxşı olardı ki, xüsusilə yay vaxtı və həmişə dolu olan reyslərə erkən gələsiniz və qeydiyyatdan sonda deyil, əvvəldən keçəsiniz. Qeydiyyat zamanı qızıl və ya gümüş bonus kartları olan sərnişinlərə, tranzit sərnişinlərə və ya keçmiş bilet bronu olan sərnişinlərə üstünlük verilir. Uçuş günü bilet yazılan sərnişinləri son növbədə qeydiyyatdan keçirilər.
Sərhəd
Keçmək lazım gələn növbəti məntəqə sərhəd və ya pasport nəzarəti məntəqəsidir. Viza rejimi qüvvədə olan və ölkədən gedən Azərbaycan Respublikası vətəndaşları üçün pasportda qüvvədə olan vizanın olması mütləqdir. Azərbaycandan gedən digər ölkələrin vətəndaşları üçün pasportda Azərbaycan vizasının olması mütləqdir. Əgər göstərilən prosedurlara riayət edilməzsə, sərhəd xidmətinin əməkdaşları sərnişini uçuşa buraxmamaq və müvafiq qaydada reysdən çıxarmaq hüququna malikdirlər. Əgər pasportda hər şey qaydasındadırsa və sərnişinə viza tələb olunmursa, sərhəd xidmətinin əməkdaşı öz bazasında sərnişin barədə məlumatları yoxlayır, uçuş barədə pasporta möhür vurur və sənədləri qaytarır. Tez-tez səyahət edən insanlar pasport problemi ilə rastlaşmamaq üçün uçuşdan əvvəl pasportda sərhəd xidməti əməkdaşlarının gəliş-gediş, eləcə də müxtəlif vizalar barədə möhür vurduqları boş səhifələrin olub olmamasını yoxlamalıdırlar. Əcnəbilər özləri ilə müvəqqəti qeydiyyatlarını təsdiq edən vəsiqə (İD kartlar) olmalıdır.
Təhlükəsizlik xidməti
Təyyarəyə minik zamanı sərnişin sonuncu yoxlama məntəqəsindən keçir, bu, təhlükəsizliyin yoxlanmasıdır. Təhlükəsizlik xidməti əməkdaşları pasportda və biletdə göstərilənləri, eləcədə onun uçuş talonunu yoxlayırlar. Sərnişin öz əl yükünü xüsusi təhlükəsizlik xidməti monitorundan keçirir və xüsusi monitordan keçir, həmçinin təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən metal axtarıcısı ilə yoxlanılır. Əl yükündə iti və kəsici əşyalar, məsələn, cib bışağı, kosmetik qayçı, toxuculuq milləri, eləcə də istənilən batareyalar götürmək tövsiyyə edilmir. Bu tip bütün əşyalar təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən müsadirə edilir. Müsadirə zamanı müsadirə barəsində akt tərtib edilir ki, bunun bir nüsxəsi sərnişinə və ya digər səlahiyyətli şəxsə (məsələn, aviaşirkətin nümayəndəsinə) verilir və bir ay ərzində sərnişin göstərilən əşyanı təhlükəsizlik xidmətinin ofisində əldə edə bilər. Təhlükəsizliklə bağlı prosedurlardan keçdikdən sonra sərnişi təyyarəyə minik gözləyir. Təyyarəyə minik, təyyarə ilə birbaşa birləşdirən düz trap və ya sərnişinləri dayanacaqlardan təyyarəyə aparan avtobus vasitəsilə yerinə yetirilir. Bilavasitə təyyarəyə minmədən öncə təhlükəsilik xidmətinin əməkdaşları və bort bələdçisi sərnişinin uçuş talonun olub-olmadığını yoxlayır və bundan sonra sərnişinə onun təyyarədəki yerini göstərir.
Əksər təyyarələrin bortunda siqaret çəkmək qəti qadağandır. Təyinat məntəqəsinə enmə zamanı bu qaydanı pozanlara cərimə tətbiq edilə bilər. Bakı hava limanında icazə verilməyən yerdə, o cümlədən təyyarənin bortunda siqaret çəkilməsinə görə hava limanının yanğınsöndürmə xidməti tərəfindən cərimə tətbiq edilir. Beləliklə, aviaşirkət sərnişinin adını qara siyahı adlanan siyahıya daxil edir və bunun nəticəsində həmin sərnişinin biletinin yazılmasına qadağa qoyulur. Hava limanının özündə yalnız bunun üçün müəyyən edilmiş yerlərdə siqaret çəkmək olar. Müəyyən edilmiş yerlər xüsusi lövhəciklərlə göstərilir.
Baqajın itməsi
Baqajın itməsi hallarında sərnişin hava limanını tərk etmədən uçduğu hava yolu şirkətinin İtmiş Əşyalar Ofisinə səyahət bileti, baqaj etiketi və şəxsiyyəti təsdiq edən sənədlə müraciət edib İtmiş Baqaj Raportu (PIR – Property Irregularity Report) almalıdır. Tapılan baqaj ən qısa vaxt müddətində sərnişinə pulsuz olaraq çatdırılır. Baqaj 1 ay ərzində tapılmazsa sənədlər təzminat işləmləri üçün sığorta bölümünə yönləndirilir.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi