“Ölkəmizi tanıyaq” layihəsi

Azərbaycan 2014 il

09.11.2014 - 11.11.201414.11.2014 - 17.11.2014  tarixlərində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Bakı şəhərinin Səbayıl və Yasamal rayonlarında təhsil alan şagirdlər üçün maarifləndirici Masallı-Lənkəran-Lerik turu keçirilmişdir. “Ölkəmizi tanıyaq ” devizi altında təşkil olunan layihədə Bakının bir neçə məktəblərində təhsil alan şagirdlər iştirak etmişdilər. Bu turların bir neçəsinin təşkili Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Victory Tour” şirkətinə həvalə olunmuşdur. Şirkət tərəfindən təşkil edilmiş turlar çərçivəsində ümumi olaraq 750 nəfərə yaxın şagird iştirak etmişdi. Qeyd olunan tarixlərdə baş tutan  Masallı - Lənkaran - Lerik turu, iştirakçilar tərəfindən böyük maraqla qarşılanmış və ən müsbət rəylər almışdır. İştirakçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu lahiyənin çox dəyərli, əhəmiyyətli tədbir olduğunu, yaşadıqları ölkənin hər bir regionunun tarixi və inkişafı ilə ətraflı tanış olmağa imkan verdiyini vurğulamışdılar. 

Turlara abunə ol