15-20 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində bir neçə tədbirlər keçirilib. Bu tədbirlərdə Azərbaycanın turızm potensialını başqa şirkətlərlə yanaşı, Victory Tour turizm şirkəti təqdim edib.
Tədbirlərin təşkilində məqsəd Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrini Azərbaycanda təklif edilən turizm məhsulları haqqında məlumatlandırmaq, həmçinin Azərbaycanın turizm sənayesi nümayəndələri ilə Rusiyanın turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatında görüşlərin təşkil edilməsidir.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi