İyunun 4-də Bakı Ekspo Mərkəzində açılan və bu il 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft və qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri kimi yadda qaldı.
Öz işini iyunun 7-də yekunlaşdırmış və Azərbaycanın iqtisadiyyat, elm və texnika sahələrində ən yaxşı nailiyyətlərini nümayiş etdirmiş “Caspian Oil and Gas-2013” sərgisi haqlı olaraq regionun aparıcı tədbiri hesab olunur. Dünyanın 27 ölkəsindən 386 şirkəti bir araya gətirən “Caspian Oil and Gas-2013” sərgisi ilə paralel olaraq 3-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi də keçirilmişdir. Hər iki sərginin təşkilatçıları isə həmişə olduğu kimi, “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri olmuşdur.
Victory Tour şirkəti Caspian Oil & Gas sərgisində iştirak etmişdir. Baku Expo Center-də Victory Tour şirkətinin stendində korporativ müştərilər üçün işgüzar təkliflər və yay tətili üçün qaynar təkliflər təqdim edilmişdir.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi