Azərbaycan martın 7-dən 11-dək ITB Berlin 2018 beynəlxalq sərgisində təmsil olunur.
ITB Berlin, bütün dünyanı əhatə edən sənayenin əsas forumu olan beynəlxalq turizm sənayesinin güzgüsüdür. Bir çox mütəxəssisin fikrincə, ITB Berlin, beynəlxalq turizmin inkişafındakı bütün əsas tendensiyaları əks etdirir. Turizm məhsulunun yaranma zəncirinin bütün istiqamətləri və bütün əlaqələri burada təqdim olunur.
Sərginin təşkilatçısı və yeri: Messe Berlin GmbH. Sərgidə dünyanın ən böyük turizm agentlikləri iştirak edir.
Bu sərgilərdə Azərbaycanı digər şirkətlərlə yanaşı, baş direktor Vüsal Hacıyevin simasında Victory Tour turizm agentliyi təmsil edir.
Sərgi 94 kvadrat metr sahədə Azərbaycanın turizm potensialını əks etdirən stendə malikdir, ingilis və alman dillərində müxtəlif reklam çap materialları təqdim olunur.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi