Noyabrın 5-dən 8-dək Londonda “World Travel Market-2012” (WTM) Beynəlxalq turizm sərgisi keçirilmişdir. Tədbirdə Azərbaycanı təmsil edən “Victory Tour” turizm şirkəti xüsusi təqdimat hazırlamışdır. Sərgidə ölkəmizin mədəniyyəti və tarixi abidələri, turizm obyektləri haqqında məlumatlarla yanaşı, Azərbaycanın milli mətbəxini təmsil edən unikal kulinaruya turu sərgi iştirakçılarına təqdim olunmuşdur.
“World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir.
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi