Vakansiya: Azərbaycana tur satışı üzrə mütəxəssis
Biz komandamıza birgə inkişaf etmək və qoyulmuş məqsədlərə nail olmaq üçün, istedadlı və çalışqan insanlar axtarırıq. Qalib komandaya sən də qoşul!
İşə götürən: Victory Tour
Yaş həddi: 25 - 35 yaş
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əmək haqqı müsahibə nəticəsində təyin olunacaq
İş barədə məlumat:
- Qrup və fərdi səyahət paketlərinin(turların) tərtib edilməsi, hesablanması, rezervasiyası və satışı
- Tərəfdaşlarla, turoperatorlarla əlaqələrin yaradılması
- İnfoturlarda, təqdimatlarda və sərgilərdə iştirak etmək
- İşgüzar yazışma
- Satışlar üzrə hesabatların tərtib edilməsi
- Turlar üzrə təkliflərin hazırlanması
- İş qrafiki həftədə 40 saat
- İllik ödənişli əmək məzuniyyəti
- Korporativ mobil telefon və aylıq danışıq ödəniş büdcəsi
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər (mütləq əvvəlki iş yerlərindən tövsiyələr)
- Satış səriştəsi (telefonla, ofisdə, elektron poçtla, korporativ və VİP müştərilərə)
- Azərbaycanın otelləri, kurortları barədə biliklər
- Otellərin bron edilməsi
- MICE seqmenti üzrə biliklər üstünlük kimi qarşılanır
- Azərbaycan, rus və ingilis diilərində şifahi və yazılı biliklər
- Kompyuter bilikləri: Windows XP, MS Office, Outlook
- Nəticəyə istiqamətlənmə, düzlük, öz təcrübəsinin real qiymətləndirilməsi
- Məsuliyyətli, operativ və məqsədəyönlülük
- Diqqətcil, səliqəlilik, mükəmməllik
- Кomandada işləmək bacarığı və məsuliyyəti öz üzərinə götürmək
Baş menecer
sv@victorytour.az
(+99450)2501156
(+99412)4379090
Turlara abunə ol
Təşəkkür edirik
Sizin abunə təsdiq edildi