Transfer və Avtomobil İcarəsi

Xidmətlər

Siz qonaqlarınızın ən yüksək səviyyədə qarşılanmasını təşkil etmək istəyirsinizsə - təcrübəli sürücülərimiz Sizi heç bir çətinlik olmadan göstərdiyiniz ünvana çatdıcaqlar. İstənilən turun təşkili zamanı transfer xidməti əsas yerlərdən  birini tutur. Gələn qonaqların Hava limanından Bakının istənilən mehmanxanasına və eyni ilə mehmanxanadan Hava limanına transfer - xidmətinizdədir. Transfer zamanı turistlər onları müşayiət edən bələdçidən ölkə və mehmanxana haqqında ümumi məlumatda ala bilərlər. 

Transfer üç növə ayrılır: qrup, fərdi  və VIP.

Qrup
transferi, bir qayda olaraq, turun qiymətinə daxil olur və transferin bu növünə əlavə xərclərdən qaçmaq istəyən turistlər üstünlük verirlər. 

Fərdi transfer qonaqların rahat və gözləməsiz mehmanxanaya və ya hava limanına catdırılması üçün nəzərdə tutulub. Bu transfer növünə müşayiətçi  xidməti əlavə etmək olar, hansı ki, bütün yaranan suallara cavab verəcək. 

VIP transferlə isə lüks avtomobillərdə qonaqlara yüksək səviyyədə xidmət göstərilir. Qonaqların fərdi olaraq marka, istehsal ili, avtomobilin rəngini seçmək hüququları var. Belə transferə əlavə olaraq - hava limanının VIP zalı, pasport nəzarətindən keçməkdə kömək və təyyarənin trapında görüş sifariş etmək mümkündür. Həmçinin xatırlamaq lazımdır ki, əgər turist uşaqla səyahət edirsə, uşağın yaşını və çəkisini göstərib öncədən uşaq oturacağı sifariş edə bilər. Bu həm uşağın təhlükəsizliyini, həm də valideyinin rahatlığını təmin edəcək. Əgər turist ev heyvanları ilə səyahət edirsə, onda transferin növü dərhal fərdi transfer növünə çevrilir və əlavə aksessuarlar tələb edir: səbətlər, qəfəslər və s.

Diqqətinizə çatdırmaq istəyirik ki, qrup transferi növündən yüksək transfer rezerv edəndə, mütləq uçuşun vaxtı, nömrəsi haqqında məlumatı qeyd etmək lazımdır. Eyni zamanda transfer xidmətini turun sifarişi ilə eyni zamanda etmək arzuolunandır. Şirkətimiz Sizə istənilən kateqoriyalı nəqliyyat vasitələri - qənaətli avtomobillərdən lyuks avtomobillərə, böyük ailə üçün mikroavtobuslardan böyük avtobuslara kimi təklif edəcək. Sürücümüz Sizi hava limanının gəliş zalında uzaqdan asanlıqla seçilən, üzərində adınız olan  lövhəcik ilə qarşılayacaq.
Həmçinin nəqliyyat bölməmiz Sizin üçün müxtəlif növ və zövqünüzə uyğun avtomobillərin icarəsini təşkil edə bilər, həm sürücüylə, həm də sürücüsüz. Bir qayda olaraq, bütün sifarişlər həmin gün və ya 24 saat ərzində təsdiq edilir.

Bizimlə əlaqə saxlayın:

Elnur Zeynalov

Daxili turizm departamentinin mütəxəssisi


visa@victorytour.az

(+99450) 295 11 58

(+99412) 4379090

Turlara abunə ol