Azərbaycana viza

Xidmətlər

Victory Tour / DMC in Azerbaijan

10 fevral 2017-ci ildən başlayaraq, elektron turizm vizalarının verilməsi yeni onlayn sistemi köməyi ilə həyata keçirilir. Elektron viza 3-5 iş günü ərzində verilir və yalnız qeyd etdiyimiz (siyahıya keçid) siyahıda sadalanmış ölkələrin vətəndaşlarına rəsmiləşir. Təcili viza bir iş günü ərzində rəsmiləşir. Adi qaydada rəsmiləşdirmə proseduru 3-5 iş günü 30 dollar, 1 iş günü ərzində isə 65 dollar təşkil edir. Rəsmiləşdirmə proseduru bütün sənədlərin verilməsindən və ödənişin təsdiq edilməsindən sonra başlanır. Siyahıda göstərilməmiş  qalan ölkələrin vətəndaşları Azərbaycan Respublikasının xaricdə  yerləşən konsulluqları və səfirliklərinə müraciət edərək  vizanı əldə edə bilərlər  konsulluqlara və səfirliklərə keçid
Türkiyə, İsrail, Küveyt, Bəhreyn, Oman, Qətər, BƏƏ, Yaponiya, Cənubi Koreya, Çin, Malayziya və Sinqapur vətəndaşlarına elektron viza Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir. Bununla belə, pasport nəzarətinin sürətləndirilməsi üçün və növbələrlə qarşılaşmamaq üçün, yuxarıda göstərilmiş ölkələrin vətəndaşları bizim menecerlərin köməyi ilə elektron vizalarını əvvəlcədən əldə edə bilərlər.

Azərbaycan Respublikasına elektron turizm vizasının alınması üçün aşağıda göstərilən sənədlər lazımdır:

1. Elektron viza üçün doldurulmuş və imzalanmış ərizə.

2. Vizanın alınması üçün ərizənin forması ingilis dilində  doldurulur və sonda  şəxsi imzayla  imzalanır. Həddi-buluğa çatmamış şəxslər üçün vizanın alınması valideyn  və ya qanuni qəyyum tərəfindən ərizə şəklində imzalanır və təqdim edilir. Bu onu bildirir ki, valideynin və ya qanuni qəyyumun pasportu ilə həddi-buluğa çatmamış şəxs, ölkəyə daxil olmaq üçün, ayrı viza anketi təqdim etməlidir. Həddi-buluğa çatmamış şəxs ayrıca viza alır, hansı ki, onun valideynlərinin, qanuni qəyyumların və ya onun şəxsi pasportuna yapışdırılır.

3. Pasportda şəxsi informasiyanı göstərən səhifənin yüksək ayırdetmə dəqiqlikdə rəngli kopyası.

Pasport Azərbaycana giriş günündən minimum altı aya qədər etibarlı olmalıdır. Pasportda ən azı, 2 boş səhifə olmalıdır. * Əlavə olaraq həddi-buluğa çatmamış şəxslər üçün (18 yaşa qədər), hansılar ki, təkbaşına yaxud valideyinin biri ilə səyahət edirlər aşağıda qeyd olunmuş sənədlər lazımdır: doğum haqqında şəhadətnamə, valideyindən yazılı razılıq ( uşaqla birlikdə səyahət etməyən valideyin/lər üçün). Yazılı razılıq notariusun ştampına malik olmalıdır. Əgər uşagın yalnız bir qəyyumu varsa, bunu sübut edən sənəd lazımdır: doğum haqqında şəhadətnamə, tək himayə haqqında məhkəmənin qərarı, ölüm və ya başqa sənəd haqqında şəhadətnamə.

4. Ödəniş
- Elektron Viza + rəsmiləşdirmə üçün ödəniş  - adambaşı 30 ABŞ dolları  təşkil edir.
- Təcili elektron viza + rəsmiləşdirmə üçün ödəniş - adambaşı 60 ABŞ dolları  təşkil edir.

Elektron viza sifariş et
 
 

Biznes Viza
“Victory Tour” şirkəti dünyanın bütün nöqtələrindən müraciət edən bir çox müştərilərimiz üçün Azərbaycana viza dəstəyinin bütün növ xidmətlərini təklif edir. Bizim şirkətin korporativ şöbəsi Sizə uzunmüddətli və çoxdəfəlik viza dəstəyi xidmətlərini təklif edir. Şirkətimiz Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş dəvət məktubu ilə  təmin edə bilər. Biz müştərilərimizə Azərbaycan Respublikasının Səfirliklərində bütün dünya üzrə  viza alınması üçün viza dəstəyini təklif edirik.

İşgüzar vizalar bir neçənövlərə bölünür:

1. Bir ay müddətinə bir dəfəlik vizalar
2. Üç ay müddətinə birdəfəlik və ikidəfəlik vizalar
3. Uzun müddətli çoxdəfəlik illik 90 günə qədər qalma izni verən vizalar

Dəvət məktubunun hazırlanması üçün lazım olan sənədlər:

1. Pasportun surəti
2. Dəvət edən təşkilatın rəsmi məktubu
3. Xidmət haqqı

Səfirlikdə vizanın alınması üçün lazım olan sənədlər:

1. Ərizə forması
2. Dəvət məktubu (LOI) və ya turizm vauçeri
3. 3×4 ölçülü iki şəkil
4. Pasportun və ya yol sənədinin orijinalı (vizanın qüvvədə olma müddətinin bitməsindən ən azı 6 ay sonra aktiv olmalıdır)
5. Viza yığımı üçün ödəniş
6. Mehmanxanadan vauçer (Victory Tour tərəfindən təmin ola bilər)

Əhəmiyyətli Qeydlər:

- Elektron viza yalnız turizm üçün nəzərdə tutulmuşdur.
- Elektron viza yalnız bir dəfə giriş üçün etibarlıdır və yalnız mehmanxananın rezervasiya  müddəti qədər qüvvədə olur.
- E-Viza uzadıla bilməz; gəliş-gediş tarixləri dəyişdirilə bilməz
- Elektron viza ilə maksimal qalma müddəti 30 gün təşkil edir
- Bütün sənədlər skanerdən çıxarılmış (JPEG formatı, ölçü  1 Mb çox olmamalıdır
- Yuxarıda göstərilən sənədlərin yığılması elektron vizanın verilməsinə zəmanət vermir. Viza verilməsinə rədd cavabi verilən halda, rüsum qaytarılmır (25 $ adi viza üçün və 65 $  təcili viza üçün )
- Bütün sənədlər rəngli variantda (faylların formatı JPEG olmalıdır, və 1MB-ı ötməməlidir) skanerdən çıxarılmış olmalıdır.
- Victory Tour şirkəti Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən, vizanın vaxtlı vaxtında hazır olması üçün işləri yerinə yetirməməyi və ya vizanın rədd edilməsi zamanı, məsuliyyət daşımır.
- Əmin olun ki, sizin pasportunuzda boş səhifələr var və pasportun etibarlı olmaq müddətinin bitmə tarixi ölkəyə gəlməyə qədər həqiqidir. Ölkələrin əksəriyyəti üçün pasportun etibarlı olmaq müddəti gəlməyə qədər ən azı 6 ay olmalıdır.
- Sizi məlumatlandırırıq ki, əgər Siz əvvəllər Azərbaycanın işğal edilmiş ərazisinə baş çəkmisinizsə – Dağlıq Qarabağa və Sizin pasportunuzda bu regiona giriş haqqında uyğun olan nişanlar varsa, Sizə sərhəddə Azərbaycana girişdə qadağa goyula bilər (hətta əgər sizdə artıq Azərbaycan vizasi varsa).
- Bütün lazımlı sənədləri və korrespondensiyanı visa@victorytour, sürətini (CC) isə travel@victorytour.az elektron ünvanına yönəltmək lazımdır.
- E-visa yalnız viza sənədində göstərilən tarixə qədər həqiqidir. Əgər turist vizada göstərilmiş tarixdən artıq gün qalıbsa, buna yerli qanunvericiliyin pozulması kimi baxılacaq və 300-400 manat ($ 380 – $ 500) məbləğində cərimənin ödəməsinə gətirib çıxaracaq. Turist bu cəriməni ödəməkdən imtina edirsə yaxın 5 il ərzində Azərbaycana girişə qadağa qoyulacaq. (əgər turist ödənişdən imtina edirsə).
- Yola düşmə (gediş) zamanı anlaşılmazlıqlar olmasın deyə, əmin olun ki, sizin elektron viza blankınızın üzərində giriş haqqında ştamp qoyulmuşdu və özünüzlə bu sənədi gedişə qədər saxlayın.

Azərbaycanda 15 gündən çox qalan xarici qonaqlar, gəlmə anından on beş gün ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər. Doldurulmuş qeydiyyat formasını, pasportun surətini və vizanın surətini Dövlət Miqrasiya xidmətinə şəxsən, və ya elektron poçt vasitəsi ilə təqdim etmək lazımdır. Mehmanxanalar bu prosedurda qonaqlarına öz köməyini göstərə bilər, ancaq o turistlər ki, şəxsi mənzillərdə və ya lisenziyası olmayan mehmanxanalarda yaşayırlar, özləri qeydiyyatdan keçməlidirlər. Həmin əcnəbilər bu linkdən istifadə edib qeydiyyatdan keçə bilərlər:   https://migration.gov.az/
Hər bir turist özü qeydiyyatdan keçməsinin təminatı üçün məsuliyyət daşıyır. Qeydiyyat tamamilə pulsuzdur, ancaq qeydiyyatın yoxluğu 300-400 $  ölçüdə cəriməyə gətirib çıxara bilər. Əgər turist bilərəkdən yanlış və ya natamam informasiya verirsə, vizanın verilməsində rədd edilmiş ola bilər və ya nəticədə Azərbaycan Respublikasından deportasiya edilmiş ola bilər. Vizaya sifarişdə imza bildirir ki, turist vizanın rəsmiləşdirilməsinin gedişatında yanlış və ya natamam informasiyanın verilməsinin hüquqi nəticələri haqqında məlumat almışdi.

 
İşgüzar Vizanı sifariş et

 

Sənədlər

Attachment № 1 The designated countries.pdf
Attachment №2 Application form.pdf

 

 

Bizimlə əlaqə saxlayın:

Elnur Zeynalov

Daxili turizm departamentinin mütəxəssisi


visa@victorytour.az

(+99450) 295 11 58

(+99412) 4379090

Turlara abunə ol