EMİTT 2016

Emitt 2016 sərgisi yanvarın 28 - 31 tarixlərində İstambul şəhərində, Tüyap Istanbul Fair sərgi mərkəzində keçirilir. Emitt sərgisində Azərbaycan, Almaniya, Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə, İsrail, Suriya,Yunanıstan, Kipr kimi ölkələrin beynəlxalq turizm agentliklərinin, mehmanxanaların və hava limanlarının sahiblərinin Aralıq Dənizi regionunda turizmin inkişafına imkan yaratmaq üçün görüşləri keçirilir. Bu sərgidə Azərbaycanı, başqa şirkətlərlə yanaşı, Victory Tour turizm agentliyinidə təqdim edir. Qeyd edək ki, keçirilən sərgidə Victory Tour şirkətini baş direktor Vüsal Haciyev və marketinq şöbəsinin mütəxəssisi Sənan Şixəliyev təmsil edirlər.
Adı çəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 77 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Həmçinin, sərgi çərçivəsində Türkiyə Səyahət Agentlikləri Birliyinin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) və ölkəmizin turizm potensialının təqdimatı keçirilib.

Turlara abunə ol