Explore Azerbaijan

Xidmətlər

2010 ildə "Explore Azerbaijan" layihəsinə start verildi.
Layihənin məqsədi - Azərbaycanın turizm potensialının inkişafıdır. Layihə beynəlxalq səviyyədə yeni brend altında daxili turizmin inkişafı üçün yaradılmışdı. Layihə çərçivəsində www.exploreazerbaijan.com saytı hazırlanmışdı, sayt vasitəsi ilə turistlər Azərbaycana təşkil olunan turlar haqqında lazımlı məlumatları tapa, həmçinin Azərbaycan haqqında müxtəlif faydalı məlumat toplaya bilərlər. Əgər Siz Bakıda etibarlı turizm agentliyini axtarırsınızsa, Siz düzgün ünvan üzrə müraciət etmisiniz. Biz Azərbaycanda  müxtəlif mədəni, qastronomiya, ekskursiya turlarının keçirilməsində böyük təcrübəyə malikik. Bizim şirkətimiz və yerli mehmanxanalar arasında birbaşa müqavilələr və xüsusi qiymətlər haqqında sazişlər bağlanmışdır. Həmçinin biz turistlərimizə Bakı və Azərbaycan üzrə qrup şəklində ekskursiyalar təklif edirik. 2014-cü ildən başlayaraq bizim şirkətimiz Azərbaycanın turizm bazarında ilk olaraq Azərbaycana zəmanətli yığma turlar proqramlarını hazırladı, və bu turlar böyük müvəffəqiyyət  əldə etmiş oldular!

Bizimlə əlaqə saxlayın:

Ekaterina Mirzayeva

Daxili Turizm və MİCE üzrə mütəxəssis


incoming2@victorytour.az

(+99450)2501158

(+99412) 4379090

Turlara abunə ol