Timbildinq

Xidmətlər

Motivasiya növlərindən biri olaraq, timbildinq – aktiv istirahət, korporativ oyunlar və təlimlər yolu ilə komanda birliyinə istiqamətlənmiş tədbirdir.
Şirkətin uğurlu olmasını istəyən hər bir rəhbər timbildinq fəaliyyətinə üstünlük verməlidir. Uğur yalnız şirkətin düzgün təşkil olunmuş biznes fəaliyyətindən deyil, həmçinin kollektiv daxilində qarşılıqlı münasibətdən də asılıdır. Fəaliyyət növündən asılı olmayaraq, hər bir şirkətin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün güclü komandaya ehtiyacı var.

Komandamız həm Bakıda, həm də şəhərdən kənarda müxtəlif tipli (idman, yaradıcı, tarixi və s.) və miqyaslı komanda quruculuğu tədbirlərinin təşkili üzrə böyük təcrübəyə malikdir. Biz iştirakçıların unudulmaz macəra atmosferinə cəlb olunacağı tədbirin həm əyləncəli formalarını, həm də komandanın qurulmasına yönəlmiş klassik oyunları təklif edirik.

Timbildinqinlərimizin əsas məqsədləri:

Komandada əməkdaşlıq və qarşılıqlı yardım mühitinin yaradılması
Komandanın qurulması və liderlərin müəyyən edilməsi
Komanda ruhunu yeni səviyyəyə qaldırmaq
Səmərəliliyin və motivasiyanın artırılması
Şirkətin mənfəətinin və uğurunun artırılması

Bizimlə əlaqə saxlayın:

Şamxal Ələfsərli

Biznesin inkişafı üzrə menecer


sales@victorytour.az

(+99450) 2951157

(+99412)4379090

Turlara abunə ol