MIIT 2018 və workshop "Molekula"

25-ci Moskva Beynəlxalq Sərgisi MITT 2018 "Səyahət və Turizm".

Victory Tour şirkəti, 12 Mart tarixində Golden Ring otelində baş tutan MOLECULA Workshop-da, eləcə də 13-15 Mart 2018 tarixlərində Moskvada baş tutan MITT 2018 sərgisində iştirak etmişdir.
Bu sərgi turizm sənayesi nümayəndələri arasında danışıqlar, görüşlər, fikir və təklif mübadiləsi üçün ideal bir yerdir. Məhz bu sərgidə turizm bazarının iştirakçıları yaxınlaşmaqda olan turizm mövsümü ərəfəsində yaradılan bütün ən vacib və maraqlı təklifləri elan edir: yeni proqramlar, yeni qiymətlər, yeni istiqamətlər. Moskva sərgisində dünyanın ən böyük turizm agentlikləri iştirak etmişdir. Bu sərgilərdə Azərbaycanı digər şirkətlərlə yanaşı, "Victory Tour" turizm agentliyinin baş direktoru Vüsal Hacıyev və əməliyyat və tədarük şöbəsinin mütəxəssisi Sənan Şıxəliyev təmsil edirdilər.

Turlara abunə ol